axirət
"əl-Beyyinə" surəsinin izahı
İnsan nə üçün yaradılıb?
Bəzi insanlar həyatın ancaq dünyadan ibarət olduğunu deməklə Allahın onları əbəs yerə yaratdığını düşünürlər. Uca Allah Quranda göyləri, yeri və canlıları səbəbsiz yerə yaratmadığını bildirmişdir: "Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?" (əl-Mu'minun, 115).
"Biz göyləri, yeri və onların arasında olanları ancaq bir həqiqət kimi və məlum bir zaman kəsimi üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər" (əl-Əhqaf, 3)
İnsan həyatının mərhələləri
İmam Hüseynin Cənnətlə müjdələnməsi
İmam Hüseyn dünyada ikən Peyğəmbər tərəfindən Cənnətlə müjdələnmişdir. Rəvayət edilir ki, bir dəfə Peyğəmbər Hüseyni göstərib demişdir: “Kim Cənnətdəki cavanların ən hörmətlisini görmək istəyirsə, buna baxsın.” (Səhih ibn Hibban, 237).
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Həsən və Hüseyn Cənnətdəki cavanların ən hörmətlisi olacaqlar. Ataları Əli isə onlardan da xeyirlidir”. ( Müstədrək əl-Hakim, 3/167).
Cənnətlə müjdələnmiş səhabənin sirri
Ənəs rəvayət edir ki, biz Peyğəmbər ilə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - birgə oturmuşduq. O dedi: “İndi buraya Cənnət əhlindən olan bir kişi gələcək”. Bu vaxt ənsardan biri içəri daxil oldu. Onun saqqalından dəstəmazın suyu damırdı, sol əlində də ayaqqabılarını tutmuşdu. Ertəsi gün Peyğəmbər bir daha o sözləri dedi və yenə də həmin kişi içəri daxil oldu. Səhəri gün Peyğəmbər bir daha o sözləri dedi və yenə də həmin kişi içəri daxil oldu.
"əl-Qariə" surəsinin izahı
Cəhənnəm odunda birinci kimlər yanacaq?
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Qiyamət günü üç sinif insan ilk sorğu-suala çəkilənlərdən olacaqdır. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: “Bu nemətlərin müqabilində nə etmisən?”
O: “Sənin yolunda vuruşub şəhid olmuşam”- deyə cavab verəcək.
"əl-Huməzə" surəsinin izahı
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Hər bir qeybət edənin, tənə vuranın vay halına!
2. O kimsə ki, mal yığıb onu dönə-dönə sayır
3. və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır.
4. Xeyr! O, mütləq Hutaməyə atılacaqdır.
5. Sən haradan biləsən ki, Hutamə nədir?
6. Bu, Allahın qaladığı Oddur.
7. O Od ki, qalxıb ürəklərə çatacaq.
8. Həqiqətən, o Od onların üzərində qapanacaqdır.