müxtəlif

"Vay halına!" sözü nə deməkdir?

    27.07.2014

“Veyl” sözü Uca Allahın əmrlərinə qarşı çıxanlara və Onun qadağalarına məhəl qoymayanlara xəbərdarlığıdır. Uca Allah Qurani Kərimin bir çox ayələrində Allaha şərik qoşan müşrikləri, inadkar zalımları, Axirəti inkar edənləri, Quranı yalan sayanları  “Vay halına” deyərək Cəhənnəmin ağrılı-acılı əzabı ilə qorxudur. Uca Allah buyurur:
Uca Allah buyurur: “De: "Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Ona tərəf doğru yol tutun və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!” (Fussilət, 6).

Göydən su endirən Odur!

    25.07.2014

Uca Allah buyurur: “Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. Biz həmçinin üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar ağacları da yetişdiririk. Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır” (əl-Ənam, 99).

Hər bir canlıya edilən yaxşılıq savabdır

    24.07.2014

Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Bir kişi yolla gedərkən susadı. O, bir quyu tapıb içinə girdi. Doyunca su içib bayıra çıxdıqda bir itin ləhlədiyini, susuzluqdan yaş torpaq yediyi­ni görüb, öz-özünə: “Mən susa­dığım kimi bu it də susamışdır”- dedi və quyu­ya düşüb ayaqqabılarını su ilə doldurdu. Sonra onu ağzı ilə tu­tub (quyu­nun divarlarından yapı­şaraq yuxarı qalxıb) itə su verdi. Allah da buna görə ona təşəkkür etdi və onu bağışladı”. Səhabələr dedilər: “Ey Allahın elçisi!

Peyğəmbərin gətirdiyi hidayətin məsəli

    15.07.2014

Əbu Musa rəvayət edir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - belə demişdir: “Allahın mənim va­si­təmlə göndərdiyi doğru yol göstəricisi (hidayət) və elm, torpağa düşən bol yağmura bən­zəyir. Bu torpağın bir qismi münbit olduğundan, suyu canına çəkib növ­bə­növ bitkilər və çoxlu otlar yetişdirir; bir qismi də quru olduğundan, suyu üs­tün­də saxlayır və Allah da onunla insanları faydalandırır.

Qəlb nədir?

    22.06.2014

Qəlb sözü qəlib deməkdir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Yer əhlindən Uca Allaha məxsus olan qablar vardır. Rəbbinizin qabları Onun əməlisaleh qullarının qəlbləridir. Onlardan Allaha ən sevimli olanı isə ən yumşaq və zərif olanıdır”.

Doğru yolun misalı

    22.06.2014

Allah Elçisi – ona və ailəsinə Allahın salavatı və salamı olsun – demişdir: “Allah doğru yolu məsəl çəkir; yolun hər iki tərəfində divarlar, onun üzərində açıq qapılar, qapıların üzərində isə zərif pərdə vardır. Yolun başında duran bir carçı belə deyir:
“Ey insanlar! Hamılıqla doğru yolla gedin və yolu­nuz­dan sapmayın!”
Yolun üzərində duran bir carçı isə hər dəfə insan o qapı­lardan birini açdıqda, belə deyir:
“Vay sənin halına, onu açma! Onu açsan, mütləq ora girəcəksən”. (Bundan sonra Allah Elçisi bunları açıqlaya­raq buyurdu:)

Səbir haqqında

    23.04.2014

      Din məfhumu haqqı bilmək və ona əməl etməkdir. Dini öyrənmək və ona əməl etmək üçün mütləq səbirli olmaq lazım gəlir. İnsan öz istəyinə yalnız səbirlə yetişə bilər. İbadətlərdə, pis işləri tərk etməkdə, insanlarla davranmaqda, dünya müsibətlərini qarşılamaqda və həyat çətinliklərinə dözməkdə səbirə çox böyük ehtiyac vardır.

Ulduz falına inanmaq küfrdür

    06.04.2014

      Münəccimlik və ya ulduz falı göydə baş verən hadisələrin yerdə olacaq məsələlər ilə əlaqələndirilməsinə deyilir. Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni (Allah ondan razı olsun) belə demişdir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Hudeybiyədə gecə ikən yağmış yağışdan sonra bizə sübh namazını qıldırdı və nama­zı bitirdikdən sonra üzünü camaata çevirib soruşdu: "Bilirsinizmi, Rəbbiniz nə buyurdu?" Əshabələr (Allah onlardan razı olsun): "Allah və Onun elçisi daha yaxşı bilir" - dedilər.

Dəccaldan qorunmağın yolları

    06.04.2014

      Məsihi Dəccal Adəm övladından olan bir kişidir. Qiyamətə yaxın vaxtda çıxacaq və insanların çoxu onun fitnəsinə uyacaqdır. O bir sıra fövqəladə əməllər edəcək və Allahlıq iddiasında olacaq, lakin onun etdikləri möminlərə təsir etməyəcək. Məkkə ilə Mədinədən savayı hər yerə gedəcək, onun cənnəti və cəhənnəmi olacaq, lakin onun cənnəti cəhənnəm, cəhənnəmi isə cənnət olacaq. Abdullah ibn Ömər demişdir: 

On bir qadının söhbəti

    06.03.2014

Rəvayət edilir ki, Aişə demişdir: “Bir dəfə on bir qadın bir yerdə otu­rub öz ərlərinin barəsində olan xəbərlərdən heç bir şey gizlətməyəcəklərinə dair bir-birilərinə söz verdilər.
Birincisi dedi: “Mənim ərim dağın zirvəsində yer­ləşən cılız dəvənin ətinə bənzəyir. O dağa çıxmaq asan iş deyil, üstəlik ətin üstündə piy deyilən şey yoxdur ki, kimsə gedib onu götürsün”.
İkincisi dedi: “Mən ərim haqqında danışmaq istəmirəm. Qorxuram onun haqqında danışmağa başlasam, onun bütün gizli və aşkar nöqsanlarını xa­tır­lamayınca dayanmayım.”

Pages