Nuha şahid olan ümmət
Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Qiyamət günü Allah Nuhu çağıracaq və Nuh: “Buyur, hüzurundayam və əmrinə müntəzirəm, ey Rəbbim?”- deyəcək.
Allah buyuracaq: “Sən dini təbliğ etdinmi?” O: “Bəli!”- deyə cavab verəcək.
Sonra onun qövmünə deyiləcək: “O sizə dini təbliğ etdimi?”
Onlar: “Bizə xəbərdar edən bir peyğəmbər gəlməmişdir!”- deyə cavab verəcəklər.
Allah Nuha buyuracaq: “Sənin dediyinə kim şahidlik edə bilər?”