quran

Cinlər haqqında surə

    20.05.2014

Cinlər - Uca Allahın yer üzərində oddan yaratdığı şüurlu məxluqlardır. İnsanlar kimi cinlərdən də müsəlman və ya kafir olanı vardır. İnsanları doğru yoldan sapdıranları şeytan adlanırlar. İnsanlar bəzən onları görə bilir­. Peyğəmbər demişdir: “Dünən cinlər­dən çox qüvvətli birisi namazımı yarımçıq kəsmək üçün yanıma gəldi. Lakin Allah mənə onu tut­mağa yardım etdi. Əvvəlcə mən istədim onu məscidin dirəklə­rin­dən birinə bağ­layım ki, səhər açıldıqda hamınız ona baxa biləsiniz, ancaq qar­daşım Suley­manın dediyini xatırladım. O demişdir: “Ey Rəbbim!

Əshabi-kəhf kimlərdir?

    19.05.2014

Əshabi-kəhf (Mağara əhli) – qədim dövrdə bütpərəst qövmlərindən qaçaraq mağaraya sığınmış gənc oğlanlardır. Allah onlara ilham verərək doğru yola yönəltmiş, onlar da Allahın təkliyini etiraf etmiş və Ona iman gətirmişdilər. Onlar mağarada yuxuya gedərək üç yüz il qaldılar. Rəvayət edilir ki, bir gün Məkkə müşrikləri Peyğəmbəri - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yoxlamaq məqsədi ilə bir neçə adamı Kitab əhlinin (yəhudi və xristianların) yanına göndərib ona sual vermələrini istədilər.

Zülqərneyn kimdir?

    17.05.2014

Zülqərneyn qədim dövrün güclü hökmdarı olmuşdur. O, qəlbini Allaha bağlayan mömin bəndə idi. Uca Allah ona dərin elm və güclü hakimiyyət bəxş etmişdir. O, dünyanı məşriqdən məğribə qədər gəzib dolaşmış və yer üzünün bütün ölkələrini fəth etmişdir. Bəzi insanlar onun makedoniyalı İskəndər olduğunu deyirlər. Lakin bu doğru deyildir. Çünki İskəndər bütpərəst, Zülqərneyn isə tək Allaha ibadət edən müvəhhid idi.

Məryəmin İsanı dünyaya gətirməsi haqqında

    17.05.2014

Uca Allah buyurur: “Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmiş və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu. Məryəm dedi: "Mən səndən Mərhəmətli Allaha sığınıram! Əgər müttəqisənsə, mənə toxunma".
Mələk dedi: "Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm".
Məryəm dedi: "Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?"

Nuh haqqında surə

    17.05.2014

Nuh surəsi, 28 ayədən ibarətdir. Məkkədə nazil olmuşdur. Bu surə bütövlükdə Nuh və onun qövmü haqqındadır. Nuh peyğəmbər Adəmdən min il sonra göndərilən Allahın elçisidir. Nuh peyğəmbərin doqquz yüz əlli il peyğəmbərlik etməsinə baxmayaraq qövmünün az bir qismi onun çağırışını qəbul etmişdir. Uca Allah onu iman gətirənlərlə birlikdə xilas etmiş, inadkar kafirləri isə suya qərq etmişdir. Uca Allah buyurur:
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

"Ayətul-Kursi"nin izahı

    16.05.2014

"Ayətul-kursi" - Kürsü ayəsinin izahı
“Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Əzəmətlidir” (əl-Bəqərə, 255).

Kürsü ayəsinin fəziləti

    04.05.2014

Əbu Hureyra demişdir: “Bir dəfə Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - ramazan ayında yığılmış zəkatı qoruyub saxlamağı mənə tapşırdı. Bu əsnada bir nəfər yanıma gəldi və ərzaqdan ovuclayıb qabına yığmağa başladı. Mən onu yaxalayıb dedim: “Vallahi, mən səni mütləq Peyğəmbərin yanına aparacağam.” O yalvarıb: “Mən buna möhtacam, mənim külfətim var, özümün də bu yeməyə olduqca ehtiyacım var”– dedi, mən də onu buraxdım.

Odur!

    16.04.2014

“Gecəni rahatlanmanız üçün yaradan, gündüzü də ruzi qazanmanız üçün işıqlı edən Odur. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır” (Yunus, 67).
 
“Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür” (ən-Nəhl, 10).
 

Pages