Peyğəmbərin ərzağı çoxaltmaq möcüzəsi
Rəvayət edilir ki, Sələmə ibn Əkva demişdir: “Bir dəfə əshabələr səfərdə ikən onlardan bəzilərinin ərzaq malları azaldı və onlar yemək-içməyə möhtac qaldılar. Odur ki, Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanına gəlib öz dəvələrini kəsmək üçün ondan izn istədilər və o da onlara izn verdi. Sonra onlar Ömərə rast gəldilər və bu haqda ona xəbər verdilər. Ömər dedi: “Dəvələrinizi kəsdikdən sonra necə keçinəcəksiniz?” Bundan sonra Ömər Peyğəmbərin yanına gəlib dedi: “Ya Rəsulullah, onlar dəvələrini kəsdikdən sonra necə keçinəcəklər?”