Nümunə insanlar
Peyğəmbərliyin meyarları
Əbu Süfyan Qureyş karvanını müşayiət etdiyi zaman Herakl onu öz yanına çağırtdırdı. O vaxt qureyşlilər Şamda ticarət edirdilər. Bu da Peyğəmbərin Əbu Süfyan və başqa Qureyş kafirləri ilə Hudeybiyədəki sülh müqaviləsi bağladığı vaxta təsadüf edirdi. Əbu Süfyan yoldaşları ilə birgə Qüds şəhərinə – Rum (Vizantiya) imperatoru Heraklın yanına gəldilər. Herakl Rum zadəganlarının əhatəsində ikən qureyşliləri öz məclisinə dəvət etdi. Sonra onları öz hüzuruna çağırtdırdı və tərcüməçisinin gəlməsini əmr etdi.