Abdullah ibn Səlam haqqında
Abdullah ibn Səlam Peyğəmbərin səhabəsidir. Peyğəmbər Mədinə şəhərinə hicrət etdikdə Abdullah ibn Səlam onu görən kimi İslam dinini qəbul etmişdir. O, bu haqda xəbər verərək belə demişdir: “Allah Elçisi - sallallahu aleyhi və səlləm - Mədinəyə gələndə insanlar onun yanına getdilər. Belə deyildi: “Allah Elçisi gəldi, Allah Elçisi gəldi, Allah Elçisi gəldi!” Mən də ona baxmaq üçün gəlib insanların arasına girdim. Allah Elçisinin üzünə baxanda onun yalançı adam olmadığını bildim.