Nümunə insanlar
Peyğəmbərin mirası
Rəvayət edilir ki, Amr ibn Haris demişdir: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - vəfat etdikdə nə bir dirhəm, nə bir dinar, nə bir kölə, nə bir kəniz, nə də başqa bir şey qoyub getmişdir. Qoyub getdiyi ancaq ağ qatır, silahı və sədəqə verdiyi torpaq olmuşdur.” (əl-Buxari, 2739).
Aişə rəvayət edir ki, Rəsulullah demişdir: “Biz peyğəmbərlər miras qoymuruq, qoyub getdiyimiz nə varsa, hamısı sədəqədir.” (əl-Buxari, 3810).
Malik ibn Dinarın yuxusu
Malik ibn Dinar məşhur tabiinlərdən (Peyğəmbər - Ona Allahın salavatı və salamı olsun - və onun səhabələrindən sonrakı nəsil) olmuşdur. O öz əxlaqı və Allaha itaəti ilə seçilən, insanlara Allahın və Onun elçisinin hökmlərini öyrədən fəzilətli insan idi. O, Hindistanda İslamın yayılmasında böyük rol oynamış və orada ilk məscidi tikmişdir. Bir gün o, öz keçmişi və necə tövbə etməsi haqqında danışaraq demişdi:
Məryəm haqqında
Məryəm - Uca Allahın Quranda "təmizlənmiş və seçilmiş", Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) "kamilliyə çatmış" kimi vəsf etdikləri, dünyaya gəlib-getmiş qadınlar içərisində ən fəzilətli, üstün olanlardan biridir. O, həmçinin Allahın möcüzəsi sayəsində İsa peyğəmbəri (Ona Allahın salamı olsun) atasız dünyaya gətirmişdir. Məryəmin atası İmran və anası Hənnə çox ibadət edən və saleh kimsələr idi.
Şübhəsiz ki, bunda ibrət var
Uca Allah buyurur: “Onlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi: "Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Allaha qoşduğunuz şəriklərlə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət verməyin. Əgər üz çevirsəniz, bilin ki, mən sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq Allahdadır. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir".
İmam Muslim kimdir?
İmam Muslim ibn Həccac, Xorasanın Nisabur şəhərində anadan olmuşdur. İmam əz-Zəhəbi demişdir: “Deyilənə görə İmam Muslim hicrətin 204-cü ilində anadan olmuşdur”.
İmam Muslim Nisaburda yetərincə elm öyrəndikdən sonra biliyini artırmaq və hədisləri toplamaq məqsədilə Hicaz, Misir, Suriya, İraq və digər məmləkətlərə səyahət etmiş və sayı iki yüzdən çox olan alimlərdən elm almışdır.
İmam əl-Buxari kimdir?
Muhəmməd ibn İsmail əl-Buxari hicrətin 194-cü ilində şəvval ayının on biri cümə günü, Xərtənk adlı, Buxara şəhərinə yaxın bir kənddə dünyaya gəlmişdir. O, atasını tez itirmiş və erkən uşaqlıq çağında gözləri tutulmuşdur. Bir müddət sonra anası yuxusunda İbrahim peyğəmbəri görmüş və ondan bu sözləri eşitmişdir: “Ey filankəs, sənin çoxsaylı dualarına görə Allah sənin oğluna görmə qabiliyyətini qaytardı.”
"əd-Duha" surəsinin izahı
Mərhəmətli və Rəhm edən Allahın adı ilə!
1. And olsun səhərə!
2. And olsun sakitləşən gecəyə!
3. Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu.
4. Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir.
5. Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan.
6. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?
7. Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?
8. Kasıb olduğun zaman səni varlandırmadımı?
9. Elə isə yetimə xor baxma!
10. Səndən kömək diləyəni qovma!