Nümunə insanlar

Rəsulullahın vida həcci

    03.10.2019

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – hicrətin 10-cu ilində, miladi tarixlə 632-ci ildə vəfatına təqribən üç ay qalmış bir dəfə həcc etdi. Buna görə həmin həccə vida həcci, orada verdiyi xutbəyə də vida xutbəsi deyilir. Rəvayət edilir ki, Zeyd ibn Ərqam demişdir: "Peyğəmbər on doqquz döyüşdə iştirak etmişdir. O, Mədinəyə hicrət etdikdən sonra bir dəfə həcc zi­ya­rə­tin­də olmuş və bundan sonra bir daha həcc ziyarətinə getməmişdir. Bu da vida həcci olmuşdur.” (əl-Buxari, 4404).

Rəsulullahın əsil-nəsəbi

    01.10.2019

O, Adəm oğullarının ən hörmətlisi və peyğəmbərlərin ən üstünü olan Əbul-Qasim Muhəmməddir. O, Əhməd, Mahi, Haşir, Aqib, Muqaffə, Nəbiyyur-Rahmə və Nəbiyyul-Məlhəmədir. Rəsulullah - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Mənim bir çox adlarım var: mən həm Muhəmməd, həm də Əhmədəm, mən Allahın mənim vasitəmlə küfrü yox etdiyi Mahiyəm, mən insanların, arxasınca gedib məhşərə toplandığı Haşirəm və mən Aqibəm, o Aqib ki, özündən sonra bir peyğəmbər gəlməyəcək.” (Səhih əl-Buxari, 3532).

Quranın yazılması və toplanması

    09.07.2019

Peyğəmbərin - sallalləhu aleyhi və səlləm - zamanında yazmağa yox, əzbərləməyə daha çox üstünlük verilirdi. Belə ki, həmin dövrdə insanların hafizəsi olduqca güclü, əzbərləmə qabiliyyətləri isə olduqca sürətli idi. Bu səbəbdən Quran cəm olunmamışdı, çünki hər kəs eşitdiyi ayəni ya əzbərləyir, ya da əlinə keçən xurma ağacının budaqlarına, dərilərin, daşların və ya sümük hissələrinin üzərinə onları yazıb qeyd edirdi. Sayca qarilərin (Quranı hafizəsinə köçürənlərin) sayı da olduqca çox idi.

Yunus peyğəmbərin hekayəsi

    03.07.2019

Yunus ibn Mətta - əleyhis-salam - İsrail oğullarından olan bir peyğəmbər idi. Uca Allah onu indiki İraqın Mosul vilayətində yerləşən ninəva xalqına göndərmişdir. Yunus peyğəmbər onları tək olan Allaha ibadət etməyə çağırdı, lakin onlar üz döndərdilər. Sonra onları dəfələrlə haqq yola çağırması da bir fayda vermədi. Belə olan təqdirdə Yunus peyğəmbər onlara Allahın əzabını vəd etdi və lazımi səbir göstərməyib qəzəblənərək çıxıb getdi. O gedəndən sonra onlar başlarına gələcək əzabın əlamətlərini görüb peşman oldular və tövbə etdilər. Allah da onları bağışladı və əzabdan qurtardı. 

Əyyub peyğəmbərin imtahanı

    02.04.2019

Əyyub – əleyhis-salam - İsrail oğullarına göndərilmiş bir peyğəmbər idi. O, saflığı və mülayimliyi ilə seçilirdi. Uca Allah onu Qurani-Kərimdə zikr edir, gözəl əxlaqlı ​​​olmasına görə onu tərifləyir və onun düçar olduğu bəlaya səbir etdiyini xüsusi olaraq qeyd edir. Uca Allah buyurur: "Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı" (Sad, 44).

İsa peyğəmbər nə öldürüldü, nə də çarmıxa çəkildi

    03.02.2019

Uca Allah buyurur: "Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: "Allahı bizə açıq-aşkar göstər!"– demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu. Sonra onlara gələn açıq-aydın dəlillərin ardından buzovu məbud qəbul etdilər.

Mələklərin həya etdiyi səhabə - Osman ibn Affan haqqında

    09.05.2017

Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) yaxın dostu və kürəkəni, Uca Allah tərəfindən sağlığında cənnətlə müjdələnmiş on nəfərdən biri, İslamın üçüncü xəlifəsi Osman ibn Əffan təxminən 576-cı ildə Məkkə şəhərində anadan olmuşdur. Peyğəmbərin qızı Ruqayyə ilə evlənmiş, o vəfat etdikdən sonra digər qızı Ummu Gülsümü aldığı üçün Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona Zin-Nureyn (iki nurun sahibi) ləqəbini vermişdir.

Pages