Nümunə insanlar

Allah Elçisinin ﷺ öz tayfasını açıq şəkildə dəvət etməsi

    07.07.2024

Allah Elçisinə ﷺ peyğəmbərlik verildikdən və gizli dəvət getdikdən sonra artıq kişi və qadınlar İslamı dinini dəstə-dəstə qəbul etməyə başlamışdılar. İslam haqda söhbətlər bütün Məkkəni dolaşmışdı. İnsanlar hər yerdə yalnız bu dindən danışırdılar. Peyğəmbərliyin verilməsindən üç il sonra Uca Allah Öz Elçisinə ﷺ tayfasının qarşısına çıxmağı, Allah tərəfindən ona nazil edilən vəhylər və peyğəmbərlik barəsində açıq danışmağı buyurdu. (İbn Hişam, 2/97). Bundan sonra Allah bu əmri nazil oldu: “Sənə buyurulanı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!” (əl-Hicr, 94).

İslamın əvvəlində namaz necə qılınırdı?

    29.06.2024

İlk nazil olan hökmlər namaz qılmağı əmr edirdi. Rəvayət edilir ki, Allah Elçisinə ﷺ namaz ilk dəfə fərz olunanda onun yanına Cəbrail gəldi. Bu zaman Allah Elçisi ﷺ Məkkənin yuxarı hissəsində idi. Cəbrail vadi tərəfdə dayanıb dabanını yerə vurdu, həmin yerdən su çıxdı. Cəbrail dəstəmaz aldı, Allah Elçisi ﷺ isə ona baxırdı ki, görsün namaz üçün necə dəstəmaz almaq lazımdır. Sonra Allah Elçisi də Cəbrail kimi dəstəmaz aldı. Cəbrail onun yanında dayanıb namazı necə qılmağı göstərdi. Allah Elçisi onun göstərdiyi kimi namaz qıldı. Bundan sonra Cəbrail qeyb oldu.

Üç il gizli dəvət

    11.05.2024

“əl-Muddəssir” surəsinin ilk ayələrinin nazil olmasından sonra Allah Elçisi  insanları Allahın dininə dəvət etməyə başladı. Onun qarşısında cahil va kobud bir qövmü dəvət etmək vəzifəsi dururdu. Cahil ərəblər bütlərə ibadət edir və özlərini haqlı çıxarmaq üçün atalarının da onlara tapındığını bəhanə gətirirdilər. Əxlaq anlayışı çərçivəsində quru bir şərəf anlayışından başqa heç bir şeyləri yox idi. Problemlərinin həlli yolunu ancaq qılıncda görürdülər. Bu hallar bütün Ərabistan yarımadasını bürümüşdü.

Peyğəmbərlikdən qabaq cinlərlə səma arasında sədd çəkilməsi

    20.04.2024

Peyğəmbərlik verilməmişdən qısa müddət qabaq cinlərin səmada olan mələklərdən məlumat oğurlayıb falçı və kahinlərə çatdırılmasının qarşısı alınmışdı. Bu haqda İbn Abbas rəvayət edir ki, Peyğəmbər ﷺ bir dəstə səhabəsi ilə Ukaz baza­rına getdi. Artıq şeytanlar səmavi xəbəri (Allahın mələklərə nazil etdiyi vəh­yi) oğrun-oğrun öyrənməkdən məhrum olmuş və onları yandırıb yaxan ulduz­lar təqib etmişdir.

Allahın Peyğəmbərini ﷺ şirkdən qoruması

    10.04.2024

Fil ilindən öncə ərəblər arasında Hums fikri ortaya çıxmışdı. Ərəblər İbrahimin dinindən qalan adətlərə zidd qaydalar qoymağa başladılar. Belə ki, onlar Məkkəni ziyarətə gələnlərə özləri ilə gətirdikləri yeməkdən yeməyə icazə vermir, yalnız özlərinin pak adlandırdığı yeməkləri yeməyin icazəli olduğunu təbliğ edirdilər. İş o yerə çatmışdı ki, Məkkəyə ziyarətə gələn adam qureyşlilərin adlandırdıqları pak paltarlardan tapmazdılarsa, Kəbəni lüt təvaf etməli idilər. Kişilər lüt, qadınlar isə bütün paltarlarını çıxarıb tək bir paltarda təvaf etməli idilər.

Kəbənin bərpa edilməsi

    04.03.2024

Yer üzərində ibadət üçün tikilən ilk ev Kəbə olmuşdur. Uca Allah buyurur: “Həqiqətən, aləmlərə bərəkət və hidayət qaynağı kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir” (Ali-İmran, 96). Allah Elçisinin ﷺ otuz beş yaşı olarkən Qureyş Kəbəni yenidən inşa etməyi qərara aldı. Belə ki, Kəbə daş suxurlarından hazırlanmış və çox cılız görünürdü. İsmayılın dövründən qalan Kəbə doqquz dirsək hündürlüyündə olmaqla bərabər, tavanı da yox idi. İçəridəki xəzinə də oğurlanmışdı. Üstəlik, Kəbə qədim məbəd olduğu üçün müxtəlif yadellilərin təcavüzünə məruz qalmış, zamanla divarları köhnəlmiş və uçmuşdu.

Həlimənin Allah Elçisini ﷺ götürdükdən sonra xeyir-bərəkət tapması

    11.02.2024

Bu hadisə Həlimənin dilindən belə rəvayət edilmişdir: “Qucağımda körpə uşaq və ərimlə birlikdə Səd ibn Bəkr tayfasının qadınları ilə əmizdirmək üçün uşaq götürmək niyyətilə Məkkəyə gəlmişdim. Həmin il qıtlıq və quraqlıq olduğundan hər şeyimiz tükənmiş, yeməyə belə heç nəyimiz qalmamışdı. Mən ağ rəngli ulağıma minmişdim. Qocalmış dəvəmiz də yanımda idi. Allaha and olsun ki, gecə yata bilmirdik, çünki körpəmiz acından ağlayırdı. Nə mənim, nə də qoca dəvəmin döşündə süd yox idi ki, körpəyə verək. Çıxış yolu axtarır və vəziyyətimizi bir az yüngülləşdirmək istəyirdik.

Peyğəmbərin ﷺ Xədicə ilə evlənməsi və onların övladları

    16.01.2024

Ticarətlə məşğul olan Xədicə bint Xuveylid adlı-sanlı və çox varlı qadın idi. Xədicə öz işlərini aparmaq üçün bəzi adamlara pul və mal verir, onlarla ortaqlıq edirdi. Qureyş ticarətlə məşğul olan bir tayfa idi. Xədicə Allah Elçisi haqqında artıq eşitmişdi. Onun sözdə bütöv, səmimi və xoşxasiyyət insan olduğunu bilirdi. Ona görə arxasınca adam göndərdi və ona mallarını satmaq üçün Şama getməyi təklif etdi. Allah Elçisi özü ilə Xədicənin Meysərə adlı köləsini də götürməli idi.

Pages