Nümunə insanlar

Fatimə haqqında

    16.06.2014

 Xanım Fatimə Allahın rəsulu Muhəmmədin - sallallahu aleyhi və səlləm - birinci həyat yoldaşı Xədicədən olan qızı, Həsən və Hüseynin anasıdır. Allah onlardan razı olsun! 
O, Muhammədə peyğəmbərliyin verilməsindən bir müddət əvvəl miladi təqvimi ilə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Bədr döyüşündən sonra Əli ibn Əbu Talibə ərə getmişdir. Peyğəmbər onu çox istəyər və ona hörmət edərdi. Fatimə səbirli, dinə bağlı, səxavətli, ismətli, mehriban, sədaqətli və Uca Allaha şükür edən bir bəndə idi.

Müdrik Loğmanın oğluna nəsihəti

    12.06.2014

Deyilənə görə Loğman əməlisaleh həbəşi bir kölə olmuşdur. Uca Allah ona dində böyük fəhm və dərin hikmət bəxş etmişdir. Bir gün ondan soruşdular: “Sənin hikmətin nədədir?” O dedi: “Mənə kifayət edəndən əlavə bir şey istəmirəm və mənə aid olmayan şeyləri özümə yük etmirəm.” Uca Allah bizə Qurani Kərimdə Loğmanın oğluna etdiyi əvəzolunmaz nəsihəti barəsində xəbər verərək buyurur:

Yusuf peyğəmbərin həyatı

    30.05.2014

Uca Allah Yusuf peyğəmbər haqqında ayrıca surə nazil etmişdir. Bu surə bütövlükdə Yusuf peyğəmbər haqqındadır. Muhəmməd Pey­ğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - onun fəziləti haqqında demişdir: “İbra­himin oğlu İs­haq, onun oğlu Yaqub, onun da oğlu Yusuf, möh­tərəm peyğəmbərdir, özü də möhtə­rəm peyğəmbərin oğlu­dur, atası da möhtərəm peyğəmbərin oğ­lu­dur, babası da möhtə­rəm peyğəmbərin oğlu­dur.” (əl-Buxari, 3382).  
Yusuf surəsi Məkkədə nazil olmuşdur, 111 ayədən ibarətdir.

Uhud savaşı haqqında

    27.05.2014

Məkkə müşrikləri Bədr döyüşündəki məğlubiyyətlərinin intiqamını almaq məqsədi ilə böyük bir ordu toplamağa başladılar. Nəticədə onlar üç min dəvə, iki yüz at və yeddi yüz zirehlə təchiz edilmiş və üç min döyüşçüdən ibarət olan bir ordu topladılar. Ordu Əbu Süfyanın başçılığı altında Mədinə şəhərinə doğru hərəkət etdi.  Müşriklər Mədinənin yaxınlığına qədər gəlib Uhud və Ayneyn dağlarının yaxınlığındakı vadidə düşərgə qurdular.

Vəhşinin hekayəsi

    27.05.2014

Vəhşi Peyğəmbərin səhabəsidir. O, Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - sevimli əmisi Həmzə ibn Abdulmuttalibi və peyğəmbərlik iddiasında olan yalançı Museyləməni qətlə yetirmişdir. Rəvayət edilir ki, bir dəfə Ubeydullah ibn Adiy Vəhşiyə dedi: “Bəlkə Həmzəni necə öldürdüyünü bizə danışasan?!”

Zülqərneyn kimdir?

    17.05.2014

Zülqərneyn qədim dövrün güclü hökmdarı olmuşdur. O, qəlbini Allaha bağlayan mömin bəndə idi. Uca Allah ona dərin elm və güclü hakimiyyət bəxş etmişdir. O, dünyanı məşriqdən məğribə qədər gəzib dolaşmış və yer üzünün bütün ölkələrini fəth etmişdir. Bəzi insanlar onun makedoniyalı İskəndər olduğunu deyirlər. Lakin bu doğru deyildir. Çünki İskəndər bütpərəst, Zülqərneyn isə tək Allaha ibadət edən müvəhhid idi.

Məryəmin İsanı dünyaya gətirməsi haqqında

    17.05.2014

Uca Allah buyurur: “Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmiş və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu. Məryəm dedi: "Mən səndən Mərhəmətli Allaha sığınıram! Əgər müttəqisənsə, mənə toxunma".
Mələk dedi: "Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm".
Məryəm dedi: "Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?"

Nuh haqqında surə

    17.05.2014

Nuh surəsi, 28 ayədən ibarətdir. Məkkədə nazil olmuşdur. Bu surə bütövlükdə Nuh və onun qövmü haqqındadır. Nuh peyğəmbər Adəmdən min il sonra göndərilən Allahın elçisidir. Nuh peyğəmbərin doqquz yüz əlli il peyğəmbərlik etməsinə baxmayaraq qövmünün az bir qismi onun çağırışını qəbul etmişdir. Uca Allah onu iman gətirənlərlə birlikdə xilas etmiş, inadkar kafirləri isə suya qərq etmişdir. Uca Allah buyurur:
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Pages