Nümunə insanlar
Beləcə Adəm Musaya qalib gəldi
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Adəm ilə Musa Rəblərinin dərgahında bir-biri ilə mübahisə etdilər və Adəm Musaya qalib gəldi. Musa dedi: "Sən Allahın Öz əli ilə yaratdığı, sənə Öz ruhundan üfürdüyü, mələklərini sənin üçün səcdə etdirdiyi, Öz Cənnətində yerləşdirdiyi, sonra etdiyin xəta ucbatından insanları yerə endirdiyi Adəm deyilsənmi?" Adəm dedi: "Sən Allahın kəlamını insanlara çatdırmaq üçün seçdiyi elçisi, sənə içərisində hər bir şeyi izah edən lövhələri verdiyi və səninlə danışıb səni özünə yaxın etdiyi Musa deyilsənmi?
Qiyamət günündə Peyğəmbərin şəfaəti
Rəvayət edilir ki, Ənəs demişdir: “Muhəmməd - ona və ailəsinə Allahın salavatı və salamı olsun - bizə belə rəvayət etmişdir: “Qiyamət günü insanların arasına çaxnaşma düşəcək. Nəhayət, onlar Adəmin yanına gəlib deyəcəklər: “Ey Adəm! Rəbbinin yanında bizdən ötrü havadarlıq et (şəfaətçi ol)!” Adəm deyəcək: “Mən buna layiq deyiləm. Lakin siz İbrahimin yanına gedin. Həqiqətən, o, Mərhəmətli Allahın ən sevimli dostudur.” Sonra onlar İbrahimin yanına gələcəklər. İbrahim deyəcək: “Mən buna layiq deyiləm. Lakin siz Musanın yanına gedin.
Peyğəmbərə itaət etməyin misalı
Cabir ibn Abdullah demişdir: “Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yatmış ikən mələklər onun yanına gəldilər. Onlardan bəzisi: “O yatıb”– dedi, bəzisi isə: “Onun gözləri yatsa da, qəlbi oyaqdır”– dedi. Sonra onlar dedilər: “Bu dostunuz barədə yaxşı bir misal çəkmək olar, gətirin o misalı.” Bəziləri: “O yatıb”– dedilər, bəziləri də: “Onun gözləri yatsa da, qəlbi oyaqdır”– dedilər. Sonra mələklər dedilər: “Onun halı bir ev tikib içində ziyafət verən və insanları yeməyə dəvət edən kimsənin halına bənzəyir.
Peyğəmbərlərə iman
Bildiyimiz kimi imanın altı əsası vardır. Bunlar - Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır. Hər bir müsəlman bu altı əsasa iman gətirməlidir. Allahın peyğəmbərlərinə və elçilərinə iman gətirmək bu əsaslardan biri hesab olunur. Uca Allah buyurur: “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” (əl-Bəqərə, 285).
Peyğəmbərə verilən beş xislət
Rəvayət edilir ki, Allah Elçisi salləllahu aleyhi və səlləm Təbuk döyüşü olan ili gecə qalxıb namaz qıldı və səhabələrindən bir dəstə onu qorumağa toplaşdı. Namazı qurtardıqdan sonra onlara üz tutub buyurdu: “Bu gecə mənə məndən əvvəlki peyğəmbərlərdən heç birinə verilməyən beş xislət verildi. Məndən öncəki peyğəmbərlər yalnız öz qövmünə göndərildiyi halda, mən bütün insanlara göndərildim. (Düşmənin qəlbinə salınan) qorxu ilə mənə yardım edilir, hətta mənimlə onlar arasında bir aylıq məsafə olsa belə qəlbləri qorxu ilə dolar.
Peyğəmbərlərin vəsfi
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Peyğəmbərlər mənə göstərildi. Baxdım ki, Musa Şənuə qəbiləsinin kişiləri kimi nə çox kök, nə də arıqdır. Məryəm oğlu İsanı da gördüm. Baxdım ki, o, hamıdan çox Urva ibn Məsuda oxşayır. İbrahimi də gördüm. Ona ən çox oxşayan isə dostunuzdur. (Burada Peyğəmbər özünü nəzərdə tuturdu.) Cəbraili də gördüm. Baxdım ki, o, ən çox Dihyəyə oxşayır.” (Urva ibn Məsud və Dihyə Peyğəmbərin səhabələridir). Peyğəmbər İbrahim haqqında demişdir: “Bu gecə yuxuda yanıma iki nəfər gəldi. Sonra biz hündürboylu bir adamın yanına gəldik.
Rəsulullahın hicrəti
Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - zövcəsi Aişə demişdir: “Bir dəfə günortaüstü biz Əbu Bəkrin evində oturduğumuz zaman kimsə ona dedi: “Budur, Allahın Rəsulu üzünü gizləyərək gəlir.” Belə vaxtlarda, adətən, o, bizə gəlməzdi! Əbu Bəkr dedi: “Atam-anam ona fəda olsun! Allaha and olsun ki, belə bir saatda onun buraya gəlməsi üçün olduqca mühüm bir səbəb olmalıdır!” Allahın Rəsulu evə yaxınlaşdı və içəri girməyə icazə istədi. Ona izn verildi və o, içəri daxil oldu.
Allah mənə də hicrət etməyə izn verəcək
Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - zövcəsi Aişə demişdir: “Valideynlərim, mənim yadıma gələni, həmişə bu dinə sitayiş etmişlər və elə bir gün olmazdı ki, Allahın elçisi səhər və axşamçağı gəlib bizə baş çəkməsin. Müsəlmanlar müsibətlərə məruz qalmağa başladıqdan sonra Əbu Bəkr Həbəşistana hicrət etməyi qərara aldı.
Ac olduqları halda qonağı doyuran ailə
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına qonaq gəldi. O, əshabələrdən birini yemək-içmək gətirmək üçün zövcələrinin yanına göndərdi. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcələri (Allah onlardan razı olsun) evdə sudan başqa heç nə olmadığını ona xəbər verdilər.