Onlar ancaq zənnə qapılırlar
Bəzi insanlar hesab edirlər ki, təbiət kainatın tabe olduğu qanunlardır. Müasir elm adamları bu fikiri dəstəkləyirlər. Onlar belə deyirlər: “Kainat, hətta xırda şeylərə qədər hadisələri idarə edən qanunlara tabedir. Kainatdakı bütün hadisələr bu qanunlara əsasən baş verir. O, dəqiq və xətasız, uzun müddət işləyən və qurmağa ehtiyacı olmayan saata bənzəyir.” Onlar əslində “Kainatı kim yaratmışdır?” sualına cavab vermirlər: Onlar kainatın mövcud olması və onun qanunlarının necə işləməsi haqqında danışırlar.









