Quran hidayət nurudur!
Uca Allah müqəddəs Quranı nazil etməklə insanlara böyük lütf və mərhəmət göstərmişdir. Quran yaradılmış məxluq deyildir. O, Allahın kəlamı, peyğəmbərliyin şəhadətnaməsi və sonuncu ilahi vəhydir. Quran özündən əvvəlki ilahi kitabları təsdiq etmiş, həmin ilahi kitablarda buyurulan qanunları ləğv etmiş, sonuncu və ən kamil ilahi qanunları bərqərar etmişdir.