Son məqalələr
Allahın mərhəməti
Peyğəmbər demişdir: “Allah mərhəməti yüz hissədən ibarət etdi. Doxsan doqquzunu Özündə saxlayıb təkcə bir hissəsini yer üzünə endirdi. Məhz bunun sayəsində yaradılanlar bir-birinə rəhm edir. Hətta, at öz balasını tapdalamasın deyə ayaqlarını yuxarı qaldırır.” (əl-Buxari, 6000).
Həmçinin, Peyğəmbər demişdir: "Yerdəkilərə rəhm edin ki, səmada olan da sizə rəhm etsin!"
Axirət günü nədir?
Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrayılın: “Mənə iman haqqında xəbər ver!” – buyruğuna belə cavab vermişdir: “(İman) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır.” Müsəlman bu altı əsasa iman gətirmədikcə, həqiqi mömin ola bilməz. Axirətə iman imanın altı əsasından biri hesab olunur. Uca Allah buyurur:
Peyğəmbərlərin möcüzələri
Möcüzə sözü acizlik sözündən əmələ gəlmiş və "qadir olmamaq" mənasını ifadə edir. Peyğəmbərin möcüzələri insanların onları etməkdə aciz olduqları şeylərə deyilir. Möcüzə, peyğəmbərlərin sadiq olduqlarının sübutu olaraq baş verən fövqəladə hadisələrə deyilir. Həmin hadisələrin bənzərini heç kəs edə bilməz.
Körpə ikən danışmış uşaqlar
Sizə təqdim edəcəyimiz hədis uzaq keçmişdə yaşayanların əhvalatları haqqında olacaqdır. Hədisdə Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - ancaq iki nəfərin beşikdə ikən danışdığını dedikdə İsrail oğulları arasında olanları nəzərdə tutur. Çünki, O başqa hədisdə belə buyurur: "Dörd uşaq körpə ikən danışmışdır." Onlardan üçü burada qeyd olunmuşdur, dördüncüsü isə Yusuf peyğəmbərin günahsız olduğunu söyləyən körpədir. Bu hədis ilahi möcüzə, valideyn haqqı, Allahın öz sadiq bəndəsinə yardım etməsi barəsində danışır.
Dəccalın fitnəsi
Nəvvas ibn Səman demişdir: “Bir gün Allah Elçisi - salləllahu aleyhi və səlləm - Dəccal haqqında danışırdı. Onun haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışdı ki, biz onun xurmalıqlarda olduğunu güman etdik. Təkrarən onun yanına gəldiyimiz zaman o, bizim halımızı görüb soruşdu: “Sizə nə olub?” Biz dedik: “Ey Allahın Elçisi! Bu gün səhər sən Dəccal haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışdın ki, biz onun xurmalıqlarda olduğunu güman etdik”. O dedi: “Sizin üçün Dəccaldan başqa şeylərdən daha çox qorxuram.
Adəmin yaradılması
Uca Allah yer üzərində yalnız Ona ibadət edəcək şüurlu bir varlıq yaratmaq istəyərkən mələklərinə xitab edərək belə demişdir:
“Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!"– dedikdə, -
Uca Allah Adəmi və onun zürriyyətini yaratması haqda öyünmək üçün əvvəlcədən onlara xəbər verir. Mələklər isə bu yaradılışın hikmətini bilmək üçün:
onlar: "Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?"– söylədilər.
Qiyamət qopacağı zaman
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Amalı eyni olan iki böyük ordu bir-birilə vuruşmayınca qiyamət qopmayacaq. Onların arasında böyük bir döyüş olacaqdır. Nəhayət, otuza yaxın yalançı dəccal meydana çıxacaq və onlardan hər biri Allahın rəsulu olduğunu iddia edəcəkdir. Habelə, (alimlərin vəfat etməsi ilə dini) elm aradan qaldırılmayınca, zəlzələlər çoxalmayınca, zaman yaxınlaşmayınca (bərəkəti azalmayınca), fitnələr baş qaldırmayınca, hərc – yəni qətl hadisələri artmayınca, əlinizdə olan var-dövlət artmayınca qiyamət qopmayacaq.
Axirət həyatında ölüm varmı?
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - "Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər" (Məryəm, 39) ayəsi haqqında belə demişdir:
"Qiyamət günü ölüm ağlı-qaralı, buynuzlu qoç şəklində gətiriləcək.
Sonra carçı: “Ey Cənnət əhli!”– deyə çağıracaq. Cənnət əhli başlarını qaldırıb ona tərəf baxacaqlar.
Carçı: “Bunu tanıyırsınızmı?”– deyə soruşacaq.
Onlar: “Bəli, bu ölümdür!”– deyə cavab verəcəklər. Çünki onların hamısı ölümü görmüşdülər.
Mələklər haqqında
Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrailin: “Mənə iman haqqında xəbər ver!” – buyruğuna belə cavab vermişdir: “(İman) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır.” Müsəlman bu altı əsasa iman gətirmədikcə, həqiqi mömin ola bilməz. Mələklərə iman bu əsaslardan biri hesab olunur. Uca Allah buyurur:









