Xoşbəxtliyin üç əlaməti
Allah Elçisi salləllahu aleyhi və səlləm buyurmuşdur: “Üç şey xoşbəxtliyin, üç şey isə bədbəxtliyin əlamətləridir. Xoşbəxtliyin (birinci əlaməti odur ki,) həyat yoldaşın əməlisaleh qadın olsun, onu görərkən halın daha xoş olsun. Ondan ayrı düşdükdə isə həm ondan, həm də əmlakından arxayın ola biləsən.
(İkinci əlamət odur ki,) səni dostlarına çatdıra biləcək yüngül miniyin olmasıdır. Üçüncü əlamət isə; geniş və çox xidmətli mənzilə sahib olmaqdır.