Hicri təqvim və Muhərrəm ayı
Möhtərəm müsəlmanlar! Mübarək Həcc ayları (Zülqadə və Zülhiccə ayları) bitdikdən sonra Allahın ayı olan Muhərrəm ayı gəlir. Bu ay hicri ilin açarıdır. Yəni hicri il məhz bu aydan başlayır. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Muhərrəm ayını “Allahın ayı” adlandırmışdır. Peyğəmbərimiz ﷺ buyurur: “Fərz namazlarından sonra ən fəzilətli namaz gecənin yarısı qılınan namazdır. Ramazan orucundan sonra tutulan ən fəzilətli oruc isə Allahın ayı olsn Muhərrəm ayında tutulan orucdur”. (Muslim, 1163).