İslam dini bir olmağı əmr edir
İslam dini camaat dinidir, birliyə, gözəl əxlaqa, dəyərli xüsusiyyətlərə çağırır. Parçalanmağı, kin-küdurəti, ziyan verməyi, fitnə-fəsad törətməyi qadağan edir. İslamda dininin məqsədi insanların biri-birinə ilə olan münasibətlərini yaxşılaşdırmaqdır. Məhz buna görə də İslam dini camaat namazları, həcc, zəkat, təravih, əqiq məclisi (yeni uşaq doğulanda verilən məclis) və s. bu kimi müsəlmanları bir yerə toplayan ibadətləri buyurmuşdur. O şeylər ki insanlar arasında fitnə-fəsada, ayrılığa, parçalanmağa gətirib çıxarır İslam dini onu qadağan edir.









