Vətən sevgisi
Vətən sevgisi Uca Allahın insanın fitrətinə yerləşdirdiyi gözəl hisslərdən biridir. Övladın öz anasını sevməsi nə qədər təbiidirsə, insanın da doğulub boya-başa çatdığı yeri digər yerlərdən daha çox sevməsi o qədər təbii bir haldır. Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) həyatına diqqət etsək görərik ki, o da öz vətənini çox sevmişdir. Məkkə müşrikləri onu doğma şəhəri olan Məkkədən çıxardıqda, o üzünü Məkkə şəhərinə çevirərərək belə demişdir: “Allaha and olsun ki, sən yer üzündə olan ən xeyirli və Allaha ən sevimli şəhərsən.









