Son məqalələr

Allahın əs-Sittir adının mənası

    30.10.2017

əs-Sittir sözü örtən deməkdir. Allahın əs-Sittir adı Peyğəmbərin səhih hədisində zikr edilir. Rəvayət edilir ki, bir dəfə Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – bir kişinin açıq yerdə çimdiyini gördü. Bu səbəblə o, məscidin minbərinə qalxdı və Allahı həmd-səna ilə təriflədikdən sonra buyurdu: «Həqiqətən də, Uca Allah həlimdir, həyalıdır və örtəndir. O, həyalı olanları və eyibləri örtənləri sevir. Odur ki, sizlərdən bir kimsə (açıq yerdə) çimərkən övrət yerini örtsün.” (ən-Nəsai, 406).

İslam sivilizasiyasının müasir elmin inkişafına verdiyi töhfələr

    17.10.2017

Müasir elmin və yeni texnologiyaların qeyri-adi sürətlə inkişaf etməsinin səbəbini başa düşmək istəyən, elm həvəskarı olan araşdırıcı, heç şübhəsiz, bu inkişafın İslam sivilizasiyasının təsiri ilə əlaqədar olması ilə razılaşar. Məhz, İslam sivilizasiyası bir sıra elm sahələrinin beşiyi olmuş və dünyaya bir çox tanınmış alim gətirmişdi.

Cəhənnəm haqqında

    11.10.2017

Cəhənnəm Uca Allahın günahkar bəndələrini cəzalandıracağı yerdir. Allahı inkar edən və ya Ona şərik qoşanlar orada əbədi, müsəlman olub böyük günahlar edənlər isə orada günahları təmizlənənə qədər qalacaqlar. Uca Allah buyurur: “Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm əzabı gözləyir. O, Cəhənnəmdə nə ölər, nə də yaşayar”. (Taha, 74).

Məscidə getməyin savabı

    26.07.2017
Məscid sözü səcdə edilən yer deməkdir. Məscid tək Allaha ibadət olunan yerdir. Məscid Allahın yad edildiyi yer olduğuna görə Allahın evi sayılır. Məscidin İslam dinində olan məqamı böyükdür. Məscidə getmək, orada ibadət etmək, elm öyrənmək üstün əməllərdən sayılır. Bu haqda Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) bir çox hədislər rəvayət olunmuşdur. O demişdir: “Kim xeyir öyrənmək və ya öyrətmək üçün səhər məscidə gedər­sə, ona tam bir həcc savabı verilər”.

Mələklərin həya etdiyi səhabə - Osman ibn Affan haqqında

    09.05.2017

Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) yaxın dostu və kürəkəni, Uca Allah tərəfindən sağlığında cənnətlə müjdələnmiş on nəfərdən biri, İslamın üçüncü xəlifəsi Osman ibn Əffan təxminən 576-cı ildə Məkkə şəhərində anadan olmuşdur. Peyğəmbərin qızı Ruqayyə ilə evlənmiş, o vəfat etdikdən sonra digər qızı Ummu Gülsümü aldığı üçün Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona Zin-Nureyn (iki nurun sahibi) ləqəbini vermişdir.

Cənnətin vəsfi belədir

    14.03.2017
Uca Allah Cənnəti vəsf edərək buyurur: "ttəqilərə vəd edilmiş Cənnətin vəsfi belədir; onun ağacları altından çaylar axar və onun yeməkləri də, kölgəsi də daimidir. Müttəqilərin aqibəti budur. Kafirlərin aqibəti isə Oddur". (ər-Ra'd, 35).

Allahın "əl-Vəkil" adının mənası

    26.12.2016

əl-Vəkil sözü etimad edilən, eləcə də qoruyan, zamin duran deməkdir. Allahın əl-Vəkil adı Qurani-Kərimdə on dörd dəfə zikr edilir. Uca Allah buyurur:
“Allah hər şeyin Xaliqidir. O, hər şeyi Qoruyandır (Vəkil). Göylərin və yerin açarları Ondadır. Məhz Allahın ayələrini inkar edənlər ziyana uğrayanlardır” (əz-Zumər, 62-63).

Allahın "əl-Muqit" adının mənası

    16.12.2016

əl-Muqit sözü ruzi verən, təmin edən deməkdir. Allahın əl-Muqit adı Qurani-Kərimdə bir dəfə zikr edilir. Uca Allah buyurur:
“Kim yaxşı bir işə vasitəçilik etsə, ona bunun savabından bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da onun günahdan bir pay düşər. Allah hər şeyi Qoruyandır (Muqit) (ən-Nisa, 85).
əl-Muqit olan Allah hər şeyə şahid olan və hər şeyə qadir olandır. O bütün yaratdıqlarının qayğısına qalan, onları qoruyan və yaşamaq üçün möhtac olduqları ruzi ilə təmin edəndir. Uca Allah buyurur:

Pages