Son məqalələr

Təqva dinin qayəsidir

    11.10.2018

Təqva sözü qorunma, çəkinmə deməkdir. Təqva insanın özü ilə qorxub çəkindiyi şey arasında onu qoruyacaq bir maneə qoymasıdır. Təqva savabını Allahdan umaraq Onun əmrlərini yerinə yetirmək və Allahın əzabından qorxaraq Onun qadağan etdiyi şeylərdən çəkinməkdir. 

Allahın "əl-Mu'ti" və "əl-Məniu" adlarının mənası

    03.10.2018

əl-Mu’ti sözü bəxş edən, əl-Məniu sözü isə qarşısını alan, həmçinin, qoruyan, yardım edən deməkdir. Allahın əl-Mu'ti və əl-Məniu adları Peyğəmbərin səhih hədislərində zikr edilir. Rəvayət edilir ki, Muğira İbn Şöbə demişdir:  "Rəsulullah - ona və ailəsinə Allahın salavatı və salamı olsun - hər fərz namazından sonra belə deyərdi: "Allahdan başqa həqiqi ilah yoxdur. O təkdir, Onun heç bir şəriki yoxdur. Mülk Onundur və Həmd yalnız Onadır. O, hər şeyə Qadirdir. Allahım! Sənin verdiyinin qarşısını alacaq, qarşısını aldığını da verəcək kimsə yoxdur.

Allahın "Zul-Cələli vəl-İkram" adının mənası

    26.09.2018

Zul-Cələli vəl-İkram kəlməsi əzəmət, ucalıq və səxavət sahibi deməkdir. Allahın Zul-Cələli vəl-İkram adı Qurani-Kərimdə iki dəfə zikr edilir. Uca Allah buyurur:
Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir” (ər-Rahmən 27).
Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir” (ər-Rahmən, 78).

"əl-Munafiqun" surəsinin izahı

    25.09.2018

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. Münafiqlər sənin yanına gəldikləri zaman: "Biz şahidlik edirik ki, sən Allahın Elçisisən!"– deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsil yalançıdırlar. 2. Onlar andlarını sipər edib (insanları) Allah yolundan döndərdilər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir! 3. Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar. 4. Sən onları gördükdə cüssələri sənə xoş gəlir, danışanda onların dediklərinə qulaq asırsan.

Küsuf namazı necə qılınır?

    27.07.2018

Kusuf (və ya Xusuf) namazı günəş və ay tutulduğu zaman qılınan iki rükətli səsli namazdır. Rəvayət edilir ki, Muğira ibn Şu'bə (Allah ondan razı olsun) belə demişdir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zamanında oğlu İb­ra­him vəfat etdiyi gün günəş tutuldu və insanlar: "Günəş İbrahimin ölü­münə görə tu­tulmuşdur" - dedilər. Belə olduqda, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Günəş və ay kim­sə­nin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulur.

Peyğəmbərin buyurduğu müalicəvi vasitələr

    16.07.2018
Bal arısı

      Elə bir insan tapılmaz ki, həyatı boyu hər hansı bir xəstəlik keçirmiş olmasın. Hətta Uca Allahın ən sevimli bəndələri olan peyğəmbərlər də xəstəliklərə məruz qalmışlar. Qurani Kərimdə Uca Allah Əyyub peyğəmbərin ağır xəstəliyə tutulması, səbir göstərərək xəstəliyə sinə gəlməsi və uzun illərdən sonra duasını qəbul edib şəfa verməsi haqda danışır. Uca Allah buyurur:
"Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” (əl-Ənbiya, 83).

Cümə surəsinin izahı

    19.03.2018

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. Göylərdə və yerdə olanların hamısı Hökmran, Müqəddəs, Qüdrətli, Müdrik Allahın şəninə təriflər deyir. 2. Savadsızlara özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər. 3. Allah səni hələ müsəlmanlara qoşulmamış başqalarına da elçi göndərmişdir. O, Qüdrətlidir, Müdrikdir. 4. Bu, Allahın lütfüdür, onu istədiyinə verir. Allah böyük lütf sahibidir. 5.

Nəmmamlıq etmək böyük günahdır

    26.02.2018

Nəmmamlıq etmək insanlar arasında fitnə-fəsad törətmək məqsədi ilə birinin sözünü digərinə çatdırmağa deyilir. Nəmmamlıq etmək böyük günahdır. Uca Allah buyurur:
 “İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə, dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara” (əl-Qələm surəsi, 10-11-ci ayələr). 
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Söz gəzdirən adam Cənnətə girməz!” (Səhih əl-Buxari, 6056).

Allahın "əl-Kərim" adının mənası

    19.11.2017

əl-Kərim sözü əliaçıq, səxavətli deməkdir. Ərəblər ümumi faydası olan və ya davamlı xeyir verən, çox asan əldə olunan bir şeyi “kərim” adlandırırlar. Məsələn, kitab kərimdir, yəni faydalıdır. 
əl-Kərim olan Allah bütün tərifəlayiq sifətlərə sahibdir. O, mülayim, lütfkar, pak və xeyri bol olandır. Allahın əl-Kərim adı Qurani-Kərimdə üç dəfə zikr edilir. Uca Allah buyurur:

Pages