Kainat haqqında düşüncələr
Uca Allah insana ağıl verməklə onu bir çox məxluqlardan üstün etmişdir. İnsanların əksəriyyəti həyatın məqsədini təyin etmək üçün öz ağıllarından istifadə etmirlər. Onlar heyvani instinktlərini tərcih edir və ölmək üçün yaşayırlar. Lakin elə insanlar vardır ki, onlar həyatın məqsədi barəsində düşünərək iman əldə edirlər. Bu, onların həyatını tamamilə dəyişir. Bunlardan hansı doğru yoldadır? Bunu bilmək üçün sadəcə insan həyatının məqsədi və ətrafda baş verənlər barəsində düşünmək kifayətdir.