Saça rəng qoymaq, qüsl və digər suallar...
Və aleykum Salam.
1. Əvvəl istədiyiniz şəkildə çimin, sonra qüsl alın, çünki qüsl ibadətdir, çimmək deyil. Qüslda adi halda çimməkdən fərqli olaraq niyyət var.
2. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Allah içkini sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana lənət etmişdir". (Əbu Davud, 3676). "Sıxana" yəni hazırlayana. Ümumiyyətlə nə haramdırsa, onun hazırlanması, satışı, ona nə səbəb olursa hamısı haramdır.
3. Saça rəng qoymaq icazəlidir. Lakin, bu qara rəng və kafirlərin icad etdikləri əcaib rənglər olmamalıdır. Daha ətraflı: Saça rəng qoymaq, rəngli xınalardan istifadə etmək olarmı?
4. Siz onun haqsızlarına səbir emək, onun düzəlməsi üçün Allaha dua etmək və gözəl nəsihətlərlə cavab verməlisiniz. Daha ətraflı:
Ata ilə küsülü qalmaq olarmı?
Ata-ananı incitməyin günahı barədə
5-6. Səbir, dua və həddi aşmadan haqqınızı müdafiə etməlisiniz. Daha ətraflı:
Böhtana məruz qalan nə etməlidir?
Qul haqqı barədə