Qüsl almağa utanan bu halda namaz qılsa günah daşıyırmı?
Və aleykum Salam. Qeyd etdiyiniz halda qılınan namaz məqbul sayılmır. İmam Nəvəvi (Allah ona rəhmət etsin) belə demişdir: "Hər nə qədər həya etmək xeyir işlərdən və imandan olsa da, əgər səni şəriətin vacib buyurduğu məsələləri tərk etməklə günaha batıracaqsa, bu zaman bu hal üzürlü sayılmır". (Şərhu ən-Nəvəvi alə Sahih Muslim, 1/204). Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah təmizliyi olmayanının namazını qəbul etmir". (Muslim, 224). Hədisdə keçən "təmizlik" sözünün mənası həm qüslu, həm də dəstəmazı əhatə edir. Lakin şəriətlə zərurət, üzr hesab edilən səbəblərə görə qüsl almağa imkan olmasa, bu zaman təyəmmüm edib namaz qılmaq icazəlidir. Həmçinin, oxuyun:
Qüsl hansı hallarda və necə alınır?
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?