Hamilə qadın namazı 3 dəfə qıla bilərmi?

    03.12.2016
Kimdən: 
jaja
Sual: 
Teyemmulu temiz torpaqla alin deyirsiz. Bayirdakilar cirklidi. Evde men nece temiz torpaq tapim ? Ele olurki Her gun qusl almaq mecburiyyetinde qaliram olmur. Cox cetin olur qusl alana qeder qezalar yigisir. İkinci sualimida vermek isterdim. Hamile qadin 3 defe namaz qilsa olarmi ? Ucuncu sualimda budurki sizde hem vacib qusl hem kamil qusl var. Hansini edek ? Onlarin ferqi nedir bilmek isterdim. Evvelceden cox sagolun
Cavab: 

Salam aleykum.

1. Təmiz torpaq dedikdə, nəcisə bulaşmamış torpaq nəzərdə tutulur. Dibçəyin dibindəki torpaqdan tutmuş həyətdəki torpağa qədər hamısı təmiz torpaq sayılır. Bir qədər torpaq götürüb hər dəfə onunla da təyəmmüm etmək olar. Torpaq olmayanda daşla da təyəmmüm etmək olar. Həmçinin oxuyun:
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?

2. Hamilə qadın 3 dəfə yox, 5 dəfə olmaqla sadəcə məhdud hərəkətlərlə namaz qıla bilər. Ruku və səcdə etmək çətinlik yaradırsa, oturaraq rukuda biraz irəliyə əyilmək, səcdədə də isə ondan daha çox əyilmək kifayətdir.  Daha ətraflı: Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?

3. Vacib qüsl etdikdə artıq vacibi yerinə yetirmiş olursunuz, yəni bu cür qüsl almaq kifayətdir. Lakin, kamil qüsl almaq daha fəzilətlidir. Daha ətraflı:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Paylaş: