Zikri hansı əllə etmək lazımdır?
Sual:
Salam aleykum qardawlar zikir hansi elle dilir ve nece? Ferz namazinda axrinci secdede oz dilimizde dua ede bileriymi yoxsa secdede Peyqanberimiz eden dualari etmeliyik? Ve namazin icinde bawqa harada dua edilir? Salavatlari yazardiz zehmet olmasa? Cammat namazinda imama ne deyirse tekrarlamaq lazimdi zehmet olmasa aydin yazin bezi imamalar ele namaz qildirir ki bawini secdeye qoyub istediyin kimi zikr ede bilmirsen tewehhudde cattira bilmirsen
Cavab:
Və aleykum Salam.
1. Zikr sağ əlin barmaq buğumları ilə edilir. Daha ətraflı:
2. Bəli, namaz əsnasında səcdə vəziyyətində öz dilinizdə dua edə bilərsiniz, lakin sünnədə olan duaları etmək daha yaxşıdır. Həmçinin oxuyun:
3. Hər nə qədər rükuda, səcdədə istədiyiniz qədər sərbəst qalıb zikr və dualar edə bilməsəniz də camaat namazında imama tabe olmaq vacibdir. Çünki Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurub ki: "Kim imanın arxasında namaz qılarsa, imamın qiraəti onun da qiraətidir". (İbn Məcəh, İqamə: 13).
Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "İmam ona tabe olunmaq üçün təyin edilmişdir. O təkbir etsə siz də təkbir edin. O səcdə etsə siz də səcdə edin. O duranda siz də durun (oxuduğu zaman isə susun)...". (əl-Buxari, 689).
Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Başını imamdan öncə qaldırdan şəxs qorxmurmu ki, Allah onun başını eşşək başına, yaxud surətini eşşək surətinə çevirər". (əl-Buxari, 691). Həmçinin oxuyun: İslam fiqhi: Camaat namazı
Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Başını imamdan öncə qaldırdan şəxs qorxmurmu ki, Allah onun başını eşşək başına, yaxud surətini eşşək surətinə çevirər". (əl-Buxari, 691). Həmçinin oxuyun: İslam fiqhi: Camaat namazı