Ayaqda keyimə hiss etdikdə salavat demək lazımdırmı?

    29.03.2017
Kimdən: 
Xedice
Sual: 
Salam aleykum. 1. Ayaq yuxulayanda, yeni civirleşende, elimi ayaguma sürterek Peygembere salavat deye bileremmi? Allahumme salli ala Muhemmedin ve ala ali Muhemmed. Bunu deyerken ayağın yuxulaması keçib gedir. Bunu men dini sehifelerde də oxumusdum, doğrumu bu? 2.men heyz qüslu aldıqdan sonra namaz qılıram, namazı qutalan kimi yene qəhvəyi rengde leke gorurem, ya da açıq qehveyi. Tekrar qüsl almıram, elece namazlarıma davam edırem ve bir de novbeti defe çimende tekrar ne olur ne olmaz qüsl alıram, bacımda da bele hallar baş verib, ona da öz etdiyimi demişem ki, sen de bele et, namazına davam et, novbetı defe çimende tekrar alarsan, düzmü edırem yoxsa hemen o deqıqedece qusl alınmalıdırmı?
Cavab: 
Və aleykum alam.
1. Salavat, Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xeyir-dua, tərif demək, Allahdan ona bərəkət istəməkdir. Qeyd etdiyiniz halda salavat demək isə dinimizdə yoxdur və Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) də belə etməyi buyurmayıb. Bu kimi əməllər dinimizə sonradan gətirilən bidət (dində yenilik) əməllərdən sayılır. Daha ətraflı: Peyğəmbərə salavat deməyin savabı
2. Xeyr, qüsl almağa ehtiyac yoxdur. Daha ətraflı: 
Paylaş: