Kəhf surəsini hər cümə günü oxumağa savab yazılır?
Sual:
Salam.3 dene sualım olacaq.
1.hər cümə günü kəhf süresini azerbaycan dilinde oxuyuram,ereb dilini bilmirem.. mene savab yazılır?
2.Allahım Qiyamet gününün dehşetini bize gösterme bele dua etmək olar?
Cavab:
Və aleykum Salam.
1. Kəhf surəsinin mənaca tərcüməsini oxumaq savabdır, amma hər hərfinə 10 savab yazılmır. Bununla yanaşı ərəb əlifbasını öyrənməyə çalışın. Bu üstünlük yalnız ərəb dilində oxumağa aiddir, çünki Quran ərəbcə nazil olub və Peyğəmbər (salləllahu aleyhi və səlləm) Quranı ərəbcə oxumağın üstün olması haqda bizə xəbər vermişdir. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Quran oxuyun! Həqiqətən, siz ona görə mükafat alacaqsınız. Hər hərfə görə on savab vardır. Mən demirəm ki, "əlif, ləm, mim" bir hərfdir, lakin "əlif" on, "ləm" on, "mim" on, bunların hamısı isə otuz savabdır". (Xatib əl-Bağdadi "Tarixu Bağdad", 1/286). Daha ətraflı:
2. "Allahım Qiyamət gününün dəhşətini bizə göstərmə" deyərək dua etmək olar. Daha ətraflı: Möminlər Qiyamət gününün dəhşətini görəcəklərmi?