İş yerində naməhrəm müştərilərin üzünə baxmaq günahdırmı?
Sual:
Salam Aleykum. 1.kredit verilen yerde iwlemek olar?2.ve olarsa eyer mudur kimese kredit vermek ucun mene muqavileni yazdirsa nece? 3.iw yerinde alici namehrem olarsa mecburen onun uzune baxmag gunahdir?istemeden el ele deyrse buda ginahdir?4 haram meclis olarsa Valdeyin eyer deyirse bizi apar o vaxt ne edek? Tewekker edirem..
Cavab:
Və aleykum Salam.
1. Kredit verilən yerdə işləməkdən çəkinmək lazımdır. Allaha çoxlu dua edərək, haramlar olmayan yerdə iş axtarmağa çalşın. Daha ətraflı: Bankda işləmək olarmı?
2-3. Naməhrəmlərə toxunmaq, baxmaq haram olsa da, dediyiniz kimi zəruri və istisna hallarında buna icazə verilir. Bu baxışlarda da ehtiyatlı olmaq lazımdır. Mümkün qədər iş yerində diqqətinizi naməhrəmlərə baxmaqda cəmləşdirməyin. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır". (İbn Məcəh, 2043-2045). Ancaq bilərəkdən baxmaq, toxunmaq və s. günahdır. Uca Allah buyurur: "...Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var)...". (əl-Əhzab, 5).
4. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Yaradana (Allaha) asi olmaqda məxluqata (yaradılmışlara) itaət edilməz". (İmam Əhməd, 1095). Peyğəmbərin (salləllahu aleyhi va səlləm) bu və digər hədislərinə əsasən valideyn kimi insana ən yaxın adam Uca Allaha asilik etməyi buyursa belə ona itaət etmək olmaz. Bununla yanaşı övlad valideynini gözəl şəkildə başa salmalı, səbrlə davranmalı, valideynlər cahil olduqları üçün belə hərəkətlərinə qəzəblənməməli, onları əxlaqla, hikmətlə dəvət etməyə çalışmalı və onlarla xoş davranmalıdır. Həmçinin oxuyun: