Əli bağlı namaz qılaraq imamlara inanmaq olarmı?

    29.06.2017
Sual: 
salam aleykum.eli bagli namaz qilaraq imamlara inanmaq olarmi? gunahdirmi?
Cavab: 
Və aleykum Salam. İmamlara inanmaq dedikdə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əhli beytini sevmək, ibadət və əxlaqda onlara oxşamaq nəzərdə tutulursa, bu hər bir müsəlmana vacibdir. Amma imamlara inanmaq dedikdə Allahı qoyub onlara dua etmək, onları Allah ilə özünüz arasında vasitəçi tutmaq və ya imamların hər şeyi bildiklərini, hər şeyi gördüklərini və öləndən sonra insana xeyir və ya zərə verəcəklərini düşünmək nəzərdə tutulursa, bu şirkdir. Şirk isə əbədi Cəhənnəm əzabına səbəb olan ən böyük günahdır. İmamlar Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) nəslindən olub, günümüzdə onlara şamil edilən batil fikirlərdən uzaq, imanlı, ömürlərini Allaha itaətdə və insanları şirkdən çəkinərək yalnız Allaha ibadət etməyə çağırmaqla keçirən insanlar olmuşlar. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: