Tilavət səcdəsi necə edilir?

    28.07.2017
Sual: 
Salam Aleykum.Namazda Ələq surəsini oxumaq olarmi? səcdə olunan ayədi rsə namazda oxunan zaman necə səcdə olunur?
Cavab: 
Və aleykum Salam. Namazda Fatihədən sonra əzbər bildiyiniz istədiyiniz surəni oxuya bilərsiniz. Səcdə ayəsinə çatdıqda isə bu ayəni oxuyub bir dəfə səcdə edilir. Səcdədə "Subhənə Rabbiyəl-Əalə" və tilavət duasını dedikdən sonra, yenidən "Allahu Əkbər" deyilərək namazda qiyam vəziyyətinə qayıtmaq və namazı davam etmək lazımdır, lakin əl-Aləq sursində səcdə ayəsi sonuncu olduğuna görə, səcdə ayəsini etdikdən sonra başqa surədən ən azı bir ayı oxuyub rukuya getmək lazımdır. Tilavət səcdəsi isə namazdan kənar vaxtlarda Quranı oxuyarkən səcdə ayəsinə çatdıqda bir dəfə edilən səcdədir. Qeyd edək ki, tilavət səcdəsini etmək vacib deyil. Daha ətraflı:
Səcdə ayələri hansılardır, bu ayələrə çatanda mütləq səcdə edilirmi?
Teqlər: 
Paylaş: