Yuxuda tərbiyəsiz şeylər görmək günahdırmı?

    11.11.2017
Sual: 
Salam.men lap usag vaxti masturbasiya etmisem sora namaza gelmisem hal hazrda namaz qiliram.amma nece vaxt yuxumda terbiyesiz seyler gorurem qalxandada uzerimde sehvet hissi varydi ele bil masturbasiya etmisem kimi.ozumnen iyrenirdim .tovbe eledim yene basima geldi indi de yene olub.sora yatanda da ayetul kursi oxuyram yatram amma yene de olr. Bu seytanin vesvesesidi. Heqiqeten men o terbiyesiz seyi hec vaxt elemk istememiwem.goresen namazda diqqetsiz olduguma gore olur.yoxsa seytan meni namazi atmagimi isdeyir ? Men indi gunahkram ?axi qeyri ixtiyari olur men neynemeliyem nolar cavab yazin cox agliyram bele olannan sora bezmisem indi qusul almaliyam?
Cavab: 
Və aleykum Salam. Bilmək lazımdır ki, pis yuxular şeytandandır. Pis yuxu gördükdə buna görə narahat olmaq və üzülmək lazım deyil. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) buyurduğu kimi oyandıqda yuxunun və şeytanın şərindən Allaha sığının və üç dəfə sol tərəfə yüngülcə tüpürün. Bəzən insan tövbə etdikdən sonra həmin günahlar yuxusuna girə bilər və buna fikir vermək lazım deyil. Belə yuxulara görə insan heç bir günah qazanmır. 
Yuxuda məninin ifraz olunmasına görə qüsl almağa gəlincə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Məni ifraz olduqda qüsl alınmalıdır". (Səhih Muslim, 343). Ummu Sələmə Ummu Suleymin (radıyəllahu anhumə) Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Ey Allahın elçisi, Allah haqqı axtarana utanmağı əmr etmir. Qadın, pollyusiya halında qüsl almalıdırmı?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Bəli, əgər mənini (spermanın əsər-əlamətini) görübsə, qüsl etməlidir". (Səhih əl-Buxari, 130).
Ayıq olan müddətdə məninin (spermanın) şəhvətlə çıxması şərtdir. Yuxuda isə bu şərt deyil. Belə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mənini təzyiqlə ifraz etmisənsə qüsl et. Əks halda isə qüsl etmə". (İmam Əhməd, 82).
Hədisdə işarə olunur ki, şəhvətsiz, yəni xəstəlik, soyuqdəymə kimi səbəblərdən çıxan məniyə görə qüsl almaq vacib deyil. Kim pollyusiya olub, oyandıqda məninin əsər-əlamətini görməyibsə ona qüsl vacib deyil. Əgər oyanandan sonra məninin əsər-əlamətini görərsə, amma pollyusiya olduğu yadına gəlməsə o zaman qüsl alması vacibdir. Daha ətraflı:
Pis yuxulardan necə qorunmaq olar?
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Vəsvəsələrdən necə qorunmaq olar? 
Paylaş: