Heyz olandan sonra tutmadığımız orucları tutmalıyıqmı?
Sual:
Salam.1ci sualım budur ki,bir yerdə oxumuşdum heyz olub bitdikdən sonra orucluydunsa onun qəzasi tutulur amma buraxılan namazların qəzası qılınmır.Düzdümü bu?
2ci sualım budur ki,həyat yoldaşımı çox sevirəmsə cənnətdə onunla olmağı dilərəmsə,hər gün dua edərəmsə olarmı?.Allah o biri dünyada huriler bexş edəcək deyir ya mən sadecə öz həyat yoldaşımı dilərəmsə Allah duamı qəbul edərmi?.İndidən sağolun
Cavab:
Va aleykum Salam.
1. Heyzli qadın heyzdən təmizləndikdən sonra oruc tutmadığı günlərin qəzasını Ramazandan sonra tutmalıdır. Ancaq heyz vaxtına düşən namazların isə qəzası qılınmır. Daha ətraflı: Heyz halında namaz qılmaq olarmı?
2. Ailə üzvlərindən Cənnətə girənlər bir yerdə olacaqlar. Uca Allah buyurur: "O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu – əməlisaleh ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub deyəcəklər: "Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!" (ər-Ra'd, 22-24).
Cənnətdə huriləri Uca Allah Cənnət neməti olaraq yaradıb. Necə ki, Uca Allah buyurur: "(Onlar üçün orada) iri gözlü, qəşəng hurilər də vardır, sanki sədəf içində gizlənmiş incidirlər". (əl-Vaqiə, 22-23); "Şübhəsiz ki, Biz onları başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq!" (əl-Vaqiə, 35).
Qeyd edək ki, hədislərə əsasən dünyadakı qadınlar Cənnətə girəndə hurilərdən də gözəl olacaqlar. Həmçinin oxuyun: