Bir neçə ay düzgün qılınmayan namazları qılmaq lazımdırmı?
Sual:
Salam.Mən nəçə ay bunan gabag qusulu düz almamışam ona görə indi qəza namazi gılıram. Düz eleyırəm? Zəhmət olmasa sualıma tez cəvab verin!
Cavab:
Va aleykum Salam. Əgər bunu bilmədən etmisinizsə və üstündən uzun bir müddət keçibsə, Allahın izni ilə namazlarınız səhihdir və qəza qılmağa ehtiyac yoxdur. Çünki, Allah müsəlmanlara bilmədən edilən günahları bağışlamışdır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzəb, 5). Həmçinin oxuyun: