Nə üçün gündəlik həyatda salamı əvvəl, namazda isə sonda veririk?

    02.02.2018
Kimdən: 
Raul
Sual: 
Salam.Verdiyiniz cavablara gore cox sag olun.Allah sizden razi olsun.Men orgenmek isteyirem ki,biz harasa daxil olanda salam veririk bes neye gore namazda salamlari axirda edirik?Evvelceden cox sag olun.
Cavab: 
Va aleykum Salam. Harasa daxil olarkən salam verməyi namazdakı salama oxşatmaq düzgün deyil, çünki, namazın sonunda verilən salam namazın əsaslarındandır. Abdullah (ibn Məsud) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazı bitirdikdə sağına və soluna "əs-Sələmu aleykum va rahmətullah"- deyərək salam verirdi". (ət-Tirmizi, 295, 296; əd-Darimi, Salət, 87; İbn Macə, İqamə, 28). İbadətlərin nə üçün məhz bu şəkildə yerinə yetirilməsinin hikmətini yalnız Allah bilir. Biz sadəcə Allah Elçisinin (salləllahu aleyhi və səlləm) öyrətdiyi kimi namaz qılmalıyıq. O buyurub: "Mənim necə namaz qıldığımı gö­rür­­­­­­­­sünüz, siz də elə namaz qılın!" (əl-Buxari, 631). 
Başqa vaxtlarda verilən salam haqqında isə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Üç nəfər var ki, onlar Allahın öhdəsindədir; (onlardan hər biri) ya­şa­sa ehtiyacı ödənilər, ölsə Cənnətə girər; Kim öz evinə salamla girsə, Uca Allahın öhdəsində olar; Kim (ibadət etmək üçün) məscidə getsə, Allahın öhdəsində olar; Kim Allah yolunda cihada çıxsa, Allahın öhdəsində olar". (əl-Buxari "Ədəbul-Mufrad", 1094). "Ey oğlum, ailənin yanına daxil olduqda onlara salam ver ki, sənin və ailənin üzərinə bərəkət olsun". (ət-Tirmizi, 2698). Həmçinin oxuyun:
Paylaş: