Qaynatamın təkidi ilə şiə namazına keçə bilərəmmi?
Sual:
Salam Aleykum, sualima cavab yazsaniz cox cox sevinerem cunki coox vacibdi. Men evliyem, yoldawimin ailesi şiədir, qaynatam bilende ki namaza başladim özdə sünni namazı əsəbləşdi və dedi ki gelin hansi evə gəlirsə həmin namazi qilmalıdır, bawqa sohbet ola bilmez. Sözün acigi mene ferq etmir sunni ya wie men sadece Allaha yaxin olmaqcun Allah xatrine qiliram, belelikle bawladim wie namazina. Amma her yerde yazilib ki möhürle namaz qilmaq gunahdir. Men ne edim?(
Cavab:
Va aleykum Salam. Namaz yalnız Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) öyrətdiyi qaydada qılınmalıdır. Onun etmədiyi şeyi ibadətlərə əlavə etmək bidət (dində yenilik) sayılır və ibadətlərin qəbul olunmasına maneə ola bilər: "Bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edənin əməli rədd olunur". (əl-Buxari, 2697). Ona görə də, belə məsələlərdə "mənə fərqi yoxdur" deyərək dinin əhkamlarına biganə yanaşmaq olmaz.
Həmçinin, Allaha üsyan edərək onun əmrlərindən kənara çıxmaqda insanlara itaət etmək qadağandır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Yaradana arşı çıxmaqda yaradılmışlara itaət etmək olmaz". (İmam Əhməd, 1095).
Ona görə də, siz fitnə çıxarmadan, gizlində də olsa, Allah Rəsulunun buyurduğu qaydada namaz qılın. Həmçinin oxuyun: Həmçinin oxuyun: