Başqasını sevdiyim halda nişanlanmaq günahdırmı?

    17.02.2018
Sual: 
Birini seve seve bawqasiyla niwanlanmag gunahmidir?
Cavab: 
Salam aleykum. İslamda sevgi ancaq ailə qurmaq niyyəti ilə olmalıdır. Əks halda icazəli deyil və sonu zina kimi böyük günahla nəticələnə bilər. Əgər sizi zorla başqasına nişanlayırlarsa, imtina etmək haqqınız var. Bununla belə, tələsməyərək böyüklərlə məsləhətləşib qərar vermək lazımdır, çünki Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) xeyir-bərəkətin böyüklərdə olduğunu demişdir. Amma könüllü surətdə nişanlanmısınızsa, keçmişdə sevdiyiniz insanı unutmağa çalışmalısınız, çünki bu, artıq zinaya aparan yoldur. Daha ətraflı:  
Teqlər: 
Paylaş: