Valideynlərə evlənmək haqda mövqeyimi deməyim düzgündürmü?

    11.03.2018
Kimdən: 
xanım
Sual: 
Salam.Allah sizdən razı olsun.Mən evlənmək istəyirəm,lakin ailəm həmin adamla evlənməyimə razı deyil,səbəb olaraq da bunu deyirler ki,o başqa rayondan dı yeni biz onu və ailəsini tanımırıq.. Mən ailəmi necə razı salım? Ailəmin istədiyi başqa biri ilə məcbur evlənmək istəmirəm.. Öz fikirlərimi, arzularımı ailəmə demək günahdı? Yəni öz seçimini bildirmək..
Cavab: 
Va aleykum Salam. Evlilikdə qızın könüllü olaraq öz seçimi və razılığı lazımdır. Burada əsas məsələ kimin haradan olması yox, dinə və əxlaqa üstünlük verilməsidir. Valideynə öz mövqeyinizi bildirməyiniz günah deyil, lakin valideynlər razı olmadığı şəxslə ailə qurmaq da icazəli deyildir. Valideynlərin razılığında xeyir-bərəkət var. Qızın vəlisinin razılığı zəruridir. Həmçinin, bu işin xeyirli olub-olmaması üçün istixarə namazı qılın və Allaha dua edin ki, valideynlərinizin qəlbini yumşaltsın, çünki qəlblər Allahın Əlindədir. Daha ətraflı:
Valideynlərimiz məni sevdiyim oğlanla evlənməyə qoymurlar, bu günahdırmı?
Teqlər: 
Paylaş: