Ziyarətgahdan hər hansı bir əşya gətirmək olarmı?
Sual:
salam men dunen ziyarete getmisem yoldasimin bezi emelerine gore tovbe etmeye tovbe etdik men cixana yaxin ziyaretde qirmizi lent gordum onu moladan isdedim ve verdi getirdim eve anam dedi ziyaretden nese getirmek pis seydi indi onu bilmek isdiyiremki ziyaretden nese getirmek pis bir seydi
Cavab:
Və aleykum Salam. Pirlərə, ocaqlara və ziyarətgahlara getmək ən böyük günah olan şirkə yol açır, çünki həmin yerlərdə insanlar Allahdan başqasına yalvarır, qurban kəsir və digər ibadətlər edir və yaxud Allahın duaları birbaşa eşitməyib yalnız oradakı ölülər vasitəsilə eşitdiyinə etiqad edərək şirk edirlər. Bu səbəbdən həmin yerlərə getməkdən tövbə etmək lazımdır. Oradan hansısa bir əşyanı da bərəkətli olması inancı ilə gətirmək qadağandır, çünki bərəkəti verən yalnız aləmlərin rəbbi olan Uca Allahdır. Daha ətraflı: