Mənim qıldığım namazlar düzgündürmü?
Va aleykum Salam. Siz bu namazları düzgün qılırsınız. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Hər kim gün ərzində fərz namazlar xaricində on iki rükət namaz qılarsa, Allah ona cənnətdə bir ev inşa edər. Bu namazlar bunlardır: sübh namazından öncə iki rükət, günortadan qabaq dörd rükət, günortadan sonra iki rükət, axşamdan sonra iki rükət və işadan sonra iki rükət". (əl-Buxari, 1181; ət-Tirmizi, 417, 433).
Bununla yanaşı Peyğəmbər (salləllahu aleyhi və səlləm) Əsr namazından əvvəl iki və ya dörd rükət, hər bir fərz namazın azanla iqamə arasında iki rükət, gecə namazlarında sonu bir rükət vitr namazını da qılmışdır. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Əsr (namazından) əvvəl dörd rükət namaz qılan kimsəyə Allah rəhm edər!" (Əbu Davud, 1271; ət-Tirmizi, 430).
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) İşadan öncə dörd rükət namaz qılar, İşa namazından sonra qalxaraq dörd rükət qılar, sonra yatardı". (Zeylai "Nasbur-Rayə, 2/145; əş-Şövkani "Neylul-Əvtar", 3/18).
Həmçinin, Aişə (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) üç rükət vitr namazı qılar və üçüncü rükətin sonunda salam verərdi". (Bu hədisi Hakim rəvayət etmiş və əl-Buxari və Muslimin şərtlərinə uyğun olduğunu bildirmişdir. əz-Zeylai "Nasbur-Rayə", 2/118).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Vitr haqdır. Beş rükət olaraq vitr qılmaq istəyən qılsın, üç rükət olaraq qılmaq istəyən qılsın, bir rükət olaraq qılmaq istəyən qılsın!" (Əbu Davud "Vitr", 3).
Həmçinin demişdir: "Kim istəsə azanla iqamə arasında iki rükət sünnət namazı qıla bilər". (əl-Buxari, 627; Muslim, 838). Daha ətraflı oxuyun:
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) namazı necə qılardı?
Namaz necə qılınır? - VİDEO
Ratibə sünnətləri barədə
Əsr namazının sünnəti daim qılınırmı?
Nafilə və fərz namazları hansılardır?