Qüsl almasaq əynimizdəki paltar nəcisli sayılırmı?

    25.06.2018
Kimdən: 
Ruslan
Sual: 
Salam.Sizə bir sualım olacaq.Hansısa bir saytda oxumuşdum ki,cinsi əlaqədən sonra qüsul alınmazsa bədəndə olan paltarla insan tərləyərsə həmin paltar nəcis sayılır. Zəhmət olmasa öz fikrinizi bildirərdiniz. Əvvəlcədən Təşəkkürlər!
Cavab: 

Və aleykum Salam. Cinsi əlaqədən sonra qüsl almaq vacibdir. Amma qüsl alınmadığı təqdirdə tərləyərkən əynimizdəki paltarın nəcisli olacağı ilə bağlı şəriətdə heç bir dəlil yoxdur, ona görə də həmin paltar nəcisli sayılmır. Daha ətraflı:
İslam fiqhi: Dəlillər əsasında, murdarlığı isbat olunan şeylər
İslam fiqhi: Murdar şeylər
İslam fiqhi: Murdar şeyləri təmizləməyin yolu
İslam fiqhi: TƏHARƏT bölümü

Teqlər: 
Paylaş: