Nə edim ki, imanım əvvəlki kimi güclü olsun?
Sual:
Salam aleykum. Bu günlerde qelbimde özümün de istemediyim bir qeribe hiss var. Namaz qılmaq üreyimden gelmir, amma isteyirem durum namaz qilim, ne ise olur, qila bilmirem. Lakin evveller bele deyildi. Bile-bile ki, günah edirem, namaz qilmiram. Birden oturub fikirleshende ise üreyim sıxılır. Buna göre de düshünürem ki, ne ise etmeliyem, imanimin evvelki qeder güclü olmasini isteyirem. Sizden bu mövzuda kömek gözleyirem. İndiden teshekkürler. Allah sizden razi olsun. Rebbim hamimizi efv eylesin. Amin!
Cavab:
Və aleykum Salam. İnsanın imanı zəifləyəndə belə hallar olur. Unutmayın ki, iman itaətlə artır, asiliklərlə də azalır. Siz çalışın ki, asilikləri azaldıb, itaəti artırasınız və Allahı hər şeydən uca və üstün tutasınız. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: "Həqiqətən, hər birinizin qəlbindəki iman paltar köhnəldiyi kimi köhnəlir. Elə isə Allahdan qəlbinizdə olan imanı təzələməyi diləyin!" (əl-Hakim, 5).
Daha ətraflı bu məqaləni oxuyun: İmanı artırmaq üçün nə etməliyik?
Həmçinin oxuyun:
Namaz qılmaq istəyirəm, amma qəlbimdə narahatçılıq var
Namaz qılıb tərk edən yenidən namaza necə qayıda bilər?
Namaz qılmasam Cənnətə girə bilərəm?