Namazı öyrətdiyim insan sonradan tərk edərsə, mənə günah yazılarmı?

    16.10.2018
Kimdən: 
Gunay
Sual: 
Salam.1)Eger er arvada xerclik pulu vermezse,lazim olan sheyleri almaq uchun pul vermezse,arvad gizlince erin pulunu goture bilermi? 2)Sizce Allah chetinlikleri gunahlara gore verir yoxsa imtahan uchun yoxsa gunahlarin silinmesi uchundur? 3)eger birini namaza devet edib namaz oyretsem ve sonradan hemin insan namazi terk etse bunun mene gunahi varmi? 4)pis insanlarin pisliklerinden nece qorunmaq olar? Size onceden teshekkur edirem.Sagolun.
Cavab: 
Va aleykum Salam.
2. Bu cavabları oxuyun:
3. Şübhə yoxdur ki, kimisə xeyirə, haqqa dəvət etmək və günah işlərdən çəkindirmək hər bir müsəlmana vacibdir və ona çoxlu savab gətirir. Uca Allah buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır". (Ali İmran, 104).
"And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa". (əl-Əsr, 1-3).
"... Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2).
"Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır". (Ali İmran, 104).
Ancaq bundan sonra insanın haqq üzərində sabit qalmayaraq ondan və üz döndərməsinin günahı onu haqqa dəvət edənə yox, yalnız özünədir. Həmçinin oxuyun:
4. Bu cavabları oxuyun:
Teqlər: 
Paylaş: