Ərafə sözünün mənası nədir?

    15.11.2018
Kimdən: 
Vüsal.B 20.07.2018
Sual: 
Salam.Cox sag olun suallar ücün.ALLAH RAZI OLSUN! 1.Men namaz qilanda namazin baslangicinda sübhaneke,fatihe,ixlas,felek ve nas surelerini oxuyur, ettehiyyatudan sonra rabbane,allahüme salli,allahüme barik dualarini oxuyur, salam dan sonra peygemberimize salavat getirirem men bunu ferz ve sünnet namazlarinda edirem dogrudurmu? 2.Sizin bu sayt necenci ilde istifadeye verilmisdir? 3."Erefe"sözünün menasi nedir? bu günde qilinan namazlarin tutulan orucun ne kimi savabi var? 4.Men gönderdiyim sual 4 aydan sonra cavablandirildi niye bele gec?
Cavab: 
Va aleykum Salam.
1. Bəli, doğru edirsiniz. Namazda "istiftah" (subhanəkə) duasından sonra vacib olan əl-Fatihə surəsini oxumaqdır. Daha sonra istədiyiniz surələri istədiyiniz ardıcıllıqla oxuya bilərsiniz. Həmçinin, təşəhhüddə qeyd etdiyiniz duaları oxuyursunuz. Salam verdikdən sonra Peyğəmbərə salavat gətirilmir. Yalnız fərz namazlarından sonra şəriətdə buyurulan zikrləri etmək olar. Daha ətraflı:
2. Bu sayt 2014-cü ildə istifadəyə verilmişdir.
3. Ərafa Məkkə ilə Taif şəhərləri arasında yerləşən dağın adıdır. Ərafa adlanan bu yerdə Həccin ən mühüm ərkanı olan "Ərafa duruşu" - həcc ziyarətçilərinin həmin dağda bir araya gəlməsi, toplanması yerinə yetirilir. Bu da Zil-Hiccə ayının 9-cu gününə təsadüf edir. Zəvvarlar orada dayanaraq Allaha dualar edirlər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Həcc Ərafadır!" Bu gündə Həcc ibadəti sona çatır və Zil-Hiccə ayının onuncu günü qurbanlar kəsilir və bayram edilir". (ət-Tirmizi, 889; ən-Nəsai, 3016; İbn Məcəh, 3015).
Bu yerin Ərafa adlanması ilə bağlı bir neçə rəvayətlər nəql olunmuşdur, lakin heç biri səhih deyildir. İmam əl-Qurtubi demişdir ki, Ərafa "عَرَفةُ" sözü ərəb dilində tanıdı, tanımaq, tanışlıq və s. deməkdir. Çünki, Həcc mərasimində zəvvarlar Ərafa dağına toplaşanda orada bir-biriləri ilə tanış olur, bir-birilərini tanıyırlar. Alimlərdən bəziləri isə demişdir ki, Adəmlə (aleyhis-sələm) Həvva cənnətdən çıxarıldıqdan sonra hərəsi dünyanın bir yerinə düşür. Sonra onlar yer üzündə ilk dəfə bu günkü Ərafa adlanan yerdə bir-birini görüb tanıyırlar. Buna görə də "عرف" - ərafə, yəni tanıdı deyilir. Həmçinin, deyilir ki, bu günkü Ərafa adlanan yerdə Cəbrayıl (Allahın ona salamı olsun) İbrahim peyğəmbərə (aleyhis-sələm) Həccin ayin və əhkamlarını öyrətdiyi zaman ona hər dəfə: "أعرفت أعرفت؟" - ə əraftə, ə əraftə, tanış oldun, bildinmi, bildinmi?" deyərək soruşur. İbrahim (aleyhis-sələm) "عرفت , عرفت" - əraftu, əraftu, tanış oldum, bildim, bildim" deyərək cavab vermiş və buna görə həmin dağın və yerin adı "Ərafa" adlanmışdır.
Həmçinin, bəzi alimlərə görə insanların orada bir-biriləri ilə görüşdükləri və günahlarını Allah qarşısında etiraf edib tövbə etdikləri üçün Ərafa adlanmışdır. Həmçinin oxuyun: 
Teqlər: 
Paylaş: