İbadət etməklə yanaşı tövbə etsəm də, özümü günahkar hiss edirəm, nə edim?

    22.11.2018
Kimdən: 
Aytac
Sual: 
salam eleykum, men her 1ci ve 4cu gunler oruc tuturam namazlarimi eksiltmirem sunnetlerinide qiliram ama yenede ozumu gunahkar imi hiss edirem ne etmeliyem basqa xais edirem deyerdiz tovbede etsemde yenede eyni olur.. dusunurem goresen olsem allah gunahlarimi bagislayib axiretimde mukafatimi verer vermez diye dusunurem caizlikdi bu? Allah razi olsun
Cavab: 
Və aleykum Salam. İslamda nəyin günah olması açıq şəkildə bəyan edilmişdir. Əgər günahdan tövbə etmisinizsə, bilin ki, Allah tövbələri qəbul edəndir. Bundan sonra hislərə qapanaraq özümü günahkar hiss edirəm, görəsən tövbəm qəbul oldumu, rahatlıq tapmıram və s. buna bənzər vəsvəsələrə uymayın. İnsan tövbə etdikdən sonra şeytan onu rahat buraxmır və tövbəsində şübhə yaratmağa çalışır ki, Rəbbi barəsində pis zənnə düşsün, bağışlanmağın çətin olmasını, günahının qəlbində iz buraxdığını, tövbənin tam yerinə yetirmədiyini fikirləşsin, bununla da Allaha olan ümidi qırılsın. Daha ətraflı:
 
Paylaş: