Namaza başlamaq istəyirəm, lakin Quran səsi eşitdikdə başım ağrayır...
Və aleykum Salam. Bu hallar şeytanın vəsvəsəsi nəticəsində olur, çünki insan xeyirli əməl etmədikdə şeytan ona bütün üsullarla mane olmağa çalışır. Uca Allah buyurur: "Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, ayələrimizi oxumaq istədikdə şeytan onun oxuduğuna gizlicə vəsvəsə verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah Biləndir, Müdrikdir". (əl-Həcc, 52).
Bu hallara fikir vermədən, Allaha sizə asanlaşdırması üçün dua edərək gecikmədən namaza başlayın. Allahın izni ilə bir müddət sonra bu keçib gedəcək. Həmçinin Qurani Kərimi oxuyun və oxunuşuna qulaq asın, zikrləri edin. Biz də Allaha dua edirik ki, sizi xeyirli əməllərə və Onun razılığını qazanmağa müvəffəq etsin. Daha ətraflı:
Vəsvəsədən necə qorunmaq olar?
Namaz qılmaq qaydası - VİDEO
Namaz qılmayan Cənnətə girə bilərmi?