Namazda rükü və səcdədə barmaqlar nə dərəcədə açıq olmalıdır?
Və aleykum Salam.
1. Bu cavabı oxuyun: Səcdədə səhvən rukuda deyilən zikrləri demək namazı batil edirmi?
2. Pişiyə toxunmaq dəstəmazı pozmur. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar
3. Namaz qılarkən dua və surələri oxuduqda az da olsa dodaqların tərpənməsi vacibdir. Daha ətraflı:
Namazın sözlərini ürəkdə demək olar?
Namazda fikrin yayınmaması və şeytanın vəsvəsələrindən qorunmaq üçün nə etmək lazımdır?
4. İstər qadın istərsə də kişi namaz qılarkən daha yaxşı olar ki, belini çanaqdan düz əyib başını qabağa düz tutsun və əllərini dizlərinin üstünə barmaqları bir-birindən bir az aralı olmaq şərtilə qoysun. Sonra səcdəyə getdikdə hər iki əlinin pəncəsi, iki dizi və hər iki ayağının barmaqları üzərində yerə çökməli, qollarının dirsəkdən yuxarı hissəsini böyürlərindən aralamalı, dirsəkləri yerə qoymamalı, barmaqlarının arasında məsafə qoymadan barmaqlarının uclarını qibləyə yönəltməlidir. Bu zaman dizlərini bir-birindən aralı tutmalı, dabanlarını isə birləşdirməlidir. Səcdədən başını qaldırdıqdan sonra sağ əlini barmaqları açıq şəkildə sağ budunun dizə yaxın yerinə, sol əlini də barmaqları açıq şəkildə sol budunun dizə yaxın yerinə qoymalıdır. Sol ayağının üstündə pəncəsinin üzünü yerə qoymaqla yanakı oturub sağ ayağını barmaqları üstdə şaquli vəziyyətdə saxlamalı və sağ əlini sağ budunun dizə yaxın hissəsinə qoyaraq adsız və çeçələ barmaqlarını qatlamalı, dua edərkən şəhadət barmağı qaldırıb yuxarı-aşağı hərəkət etdirməli və ya düz saxlamalı, baş barmağın və orta barmağın uclarını qoşalaşdırıb halqa şəklində saxlamalıdır. Sol əlini isə barmaqları açıq şəkildə sol budunun dizə yaxın yerinə qoymalıdır. Həmçinin oxuyun:
Qadınla kişinin namazı fərqlidirmi?
Namaz qılmaq qaydası - VİDEO