İnsanlar "nə çox namaz qılır" fikirləşməsinlər deyə namazları tez qılmağım doğrudurmu?

    10.03.2019
Kimdən: 
Abdurrahmən
Sual: 
Assalamu aleykum ve rehmetullah Sualım belədir mən tək namaz qılanda bacardığım qədər tələsməməyə çalışıram və namaz uzun olur,məsciddə olanda isə namazı biraz tez qılıramki insanlar deməsin nə çox namaz qılır. Mənim bu etdiyim doğrudur yoxsa yalnış əməldir? Allah subhanahu və təala elminize bereket versin.
Cavab: 

Və aleykumus-Sələm və rahmətullah. İstər təklikdə, istərsə də camaat arasında olarkən etdiyiniz xeyir əməli ixlasla - yalnız Allah rizası üçün edirsinizsə, "bunu görənlər barəmdə nə zənn edər" düşüncəsi ilə onu heç bir halda tərk etməyin və ya qısaltmayın. İbn Muflih demişdir: "Əməlində ixlaslı olan və Allahın razılığını qazanmağı düşünən bir müsəlmanın hər hansı bir xeyir əməli edərkən riyadan qorxaraq və zənnə qapılaraq tərk etməsi icazəli deyildir."
Həmçinin, İmam ən-Nəvəvi demişdir: "İxlaslı bir müsəlman "birdən filankəs məni görər, barəmdə filan-filan şeyi deyər və ya düşünər" deyə riyaya düşməmək narahatlığı ilə qəlbi, dili və ya əməli ilə olan zikri, itaət və ya xeyir olan bir əməli tərk etməməlidir."
Həmçinin, insanların onun barəsində "bu kəs riyakardır, riyakarlıq edir və ya filan əməli ilə özünü göstərir" düşüncəsilə əməli tərk etməsi şeytanın hiylələrinə düşməsidir. 
İbrahim ən-Nəxai isə demişdir: "Sən namaz qıldığın zaman şeytan sənə öz vəsvəsəsilə gəlsə və sənə təlqin etsə ki, sən riya edirsən, o zaman sən bu düşəncənin əksinə olaraq namazını daha da uzun qıl. Keçmişdə yaşayan bəzi alimlərdən varid olmuşdur ki, onlar bəzən insanlar görər deyə namazlarını qısaldardırlar, bunun səbəbi o idi ki, onlar artıq öz nəfslərində əminliklə hiss edirdilər ki, artıq onlar ixlasla deyil, insanlar görsün deyə bunu edirlər, ona görə də bu vəsvəsəni aradan qaldırmaq üçün özlərinin buna əmin olduqları bəzi hallarda namazı qısaldardılar".
Burada qeyd edilənlərdən çıxan nəticə odur ki, insan öz ixlasına, yəni əməlinin Allah rızası üçün olmasına əmin olduğu müddətdə etdiyi əməli tərk etməsin, qısaltmasın və bu barədə şeytandan gələn vəsvəsələrə fikir verməsin. Həmçinin oxuyun:
Ürəyimə gələn riyakarlıq hislərindən necə qurtula bilərəm?

Teqlər: 
Paylaş: