Nəcisə bulaşan yeri axar su altında təmizləmək şərtdirmi?

    10.03.2019
Kimdən: 
Sual: 
Salam çox sagolun Allah sizden razı olsun,suallarımı cavablandırdığınız üçün. Sualım: evde yaşlı qaynanam qaynatam var. ele yerler var ki necis olur ama onu axar su altında yuyub paklaya bilmirem meselen pol, qapı desteği ve s.men ne edim?nece paklayım ki üreyim rahat olsun?xaiş edirem cavab yazın.
Cavab: 

Və aleykum Salam. Qeyd etdiyiniz şey üçün narahat olmayın, çünki nəcisin düşdüyü yeri axar su ilə yumaq şərt deyil. Belə ki, nəm əski və ya digər yuyucu, təmizləyici vasitələr ilə də silib təmizlədikdən sonra həmin yer pak olur. Həmçinin oxuyun:
Murdar şeyləri təmizləməyin yolu
Dəlillər əsasında, murdarlığı isbat olunan şeylər
Təmizliklə bağlı gələn vəsvəsələrdən necə xilas olum?
Nəcasətdən təmizlənmək vəsvəsə halına gəlib, mən nə edim?

Paylaş: