İşlərim yoluna düşmədiyi və qüsl almaq çətin olduğu üçün namazları qəza edirəm...

    12.03.2019
Kimdən: 
Ayaz
Sual: 
Aleykum salam.Men namaz qilmisam ama arada atmisam ve sonra yeniden baslamisam bari bir nece defe tekrarlamisam indide qiliram yanliz qezaya cox qalir 1 gun qila bilirem 2 gun yox hem isimle elaqedar hemde qusul almaqla elaqedar.Men namaz qilmasam bir muddet aile heyati quranacan her sey yoluna dusenecen isimde bes bu mumkunmu allahim bagislayarmu meni xais edirem cavablandirin bunu ilk novbede indiden tesekkur edirem.
Cavab: 

Və aleykum Salam. Namaz qılmamaq və ya qılıb sonra tərk etmək həlakedici günahlardandır. Həmçinin heç bir üzürlü səbəb olmadan namazları qəzaya saxlamaq da böyük günahlardandır. Namaz hər bir həddi-büluğa çatmış və ağlı başında olan müsəlmana fərzdir və namaz kimi Uca Allahın mühüm və vacib bir ibadətini müəyyən səbəblərə görə təxirə salmaq böyük günahdır və namaz qılmaq üçün də hansısa işlərin qaydasına düşməsini gözləmək lazım deyil. Dinimiz asandır, əgər qüsul almağa şərait yoxdursa və ya xəstələnmək təhlükəsi varsa, müvəqqəti olaraq torpaqla təyəmmüm etmək lazımdır. Qeyd etdiyiniz hallar imanın zəif olmasından irəli gəlir, ona görə də imanınızı artırmağa çalışın. Bunun üçün də Qurani-kərim və səhih hədisləri oxuyun, məscidə gedin, mömin insanlarla dostluq edin və s. Daha ətraflı:
İmanı artırmaq üçün nə etmək lazımdır? 
İşdə şərait olmadığı üçün bəzi namazları qəza edərək evdə qılmaq olarmı?
Namaz qılıb tərk edən yenidən namaza necə qayıda bilər?
Namaz qılmayan Cənnətə girə bilərmi?​​​​​​​

Paylaş: